Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsəd Cəlal oğlu Əhmədov (15 iyul 1970, Saral, Hamamlı rayonu – 31 iyul 1992, Papravənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi

Əsəd Əhmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Əsəd Əhmədov

Əsəd Cəlal oğlu Əhmədov (15 iyul 1970, Saral, Hamamlı rayonu – 31 iyul 1992, Papravənd, Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Əsəd Əhmədov
Əsəd Cəlal oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 15 iyul 1970(1970-07-15)
Doğum yeri
  • Saral, Hamamlı rayonu, Ermənistan SSR, SSRİ
Vəfat tarixi 31 iyul 1992(1992-07-31) (22 yaşında)
Vəfat yeri
  • Papravənd, Ağdam rayonu, Azərbaycan
Vətəndaşlığı
  •  Azərbaycan
  •  SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Quru qoşunları
Rütbəsi
Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əsəd Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.

Döyüşlərdə iştirakı

Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.

O, 1992-ci il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Ədəbiyyat

  • Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 67–68.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əsəd əhmədov sözünün mənası, əsəd əhmədov haqqında məlumat. əsəd əhmədov nədir? əsəd əhmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Abdullah Öcalan

  • Mart 01, 2026

    Datura leichhardtii

  • Mart 01, 2026

    Ensi

  • Mart 06, 2026

    Jamesioideae

  • Mart 01, 2026

    Kilikiya çarlığı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst