Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü.
| Əsl püstə | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Anacardioideae Cins: Növ: Əsl püstə | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Təsviri
Püstə ağacı 25-35 fut yüksəkliyə qədər böyüyə bilən, uzunömürlü bir bitkidir. Yarpaqları bir neçə kiçik yarpaqcıqlardan ibarət olan mürəkkəb yarpaqlardır. Çiçəkləri dişi və erkək çiçəklər olmaqla ayrı-ayrı ağaclarda inkişaf edir (iki evli bitki).
Püstə meyvəsi bir toxumlu, qabıqlı və çəyirdəkli meyvədir. Toxum adətən yaşıl rəngdə olur və dadı qidalandırıcı, bir qədər şirin və unikal aromaya malikdir. Çəyirdəyin bərk hissəsinin parçalaması seleksiyanın nəticəsidir.
Yayılması
Püstə səhra bitkisidir və onun şorakət torpaqlara dözümlüyü yüksəkdir. Onun mənşəyi Əfqanıstan, İran və Mərkəzi Asiya ərazilərindən gəlir.
İstifadəsi
Arxeoloji tapıntılar göstərir ki, püstə toxumları artıq e.ə. 6750-ci ildə yemək üçün istifadə olunurdu. Onun istehlakının ən erkən sübutu, Özbəkistan ərazisində yerləşən, tunc dövrünə aid olan, Carkutan kompleksində aşkar olunub.
Püstə ləpələri adətən tam şəkildə, bişməmiş və ya qovrulmuş və duzlanmış şəkildə yeyilir. Onlar həmçinin, püstə dondurması (o cümlədən kulfi, bastani və spumone), püstə yağı, püstə pastası, püstə paxlavası, püstə şokoladı, püstə halvası, püstə likörü və s. yeməklərin hazırlamasında işlənilir.
İstehsalı
| Ölkə | ton |
|---|---|
| 400,070 | |
| 241,669 | |
| 239,289 | |
| 81,700 | |
| 45,467 | |
| Dünya | 1,026,803 |
| Mənbə: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı | |
2022-ci ildə dünyanın püstə ləpəsinin ən böyük istehsaçıları ABŞ, İran və Türkiyə idi. Onlar həmin il, birgə, püstə ləpəsinin 88%-i istehsal ediblər.
Sinonimləri
Heterotipik sinonimləri
- Lentiscus vera Kuntze
- Pistacia badghysi K.P.Popov
- Pistacia macrophylla Pers.
- Pistacia narbonnensis L.
- Pistacia narbonnensis var. bauhini Ten.
- Pistacia nemausensis Req. ex Planch.
- Pistacia nigricans Crantz
- Pistacia officinarum Aiton
- Pistacia reticulata Willd.
- Pistacia trifolia L.
- Pistacia variifolia Salisb.
- Pistacia vera f. semidehiscens K.P.Popov
- Pistacia vera var. trifolia (L.) Poir.
- Terebinthus pistacia Dum.Cours.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əsl püstə haqqında məlumat. Əsl püstə nədir? Əsl püstə nə deməkdir?
