Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oxud — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Oxud bələdiyyəsinə aiddir.

Oxud

  • Ana Səhifə
  • Vikipediya
  • Oxud

Oxud — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı kənd inzibati ərazi dairəsində kənd. Oxud bələdiyyəsinə aiddir.

Oxud
41°14′14″ şm. e. 47°09′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 4.825 nəfər
Xəritəni göstər/gizlə
Oxud xəritədə
Oxud
Oxud
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat və tarixi

Kənddə iki kitabxana, iki məktəb, bir bələdiyyə və kənd icra hakimiyyəti nümayəndəliyi, 1 məscid, 1 tibb məntəqəsi, iki tele ötürücü qüllə, 1 un dəyirmanı, 1 şadlıq sarayı, bir neçə artezian, iri tutumlu rabitə qovşağı fəaliyyət göstərir. Kənd əhalisinin təhsilə olan marağına və nailiyyətlərinə görə nəinki rayonda, eləcə də ölkədə məşhurdur. Hər il onlarla şagird tələbə adını qazanır.

Kənd həmçinin spesifik məhəllə adları ilə də məşhurdur: Cumaylar, Həccəvlər (Hacı Cəbilər), Dırrar, Duluzlar, Dəlləklər, Barı arası, Qaralar, Doxun, Gavan, Çay qırağı, Çeylək sadağı, Kənd qırağı, Təzə kənd, Əzbəylər, Irebusaği, Ortabulaq, Dükanqabaği, Hindular məhəlləsi, Hamamyani, Əzimlər, Agalar.

Mollaəhməd bulağı isə olduqca tarixi qədim bulaqlardandır. Kəndin Kiş kəndinə yaxın hissəsində iki dağın arasından alır mənbəyini.

Yelbaba adlanan ziyarətgahın ərazisində olan qəbiristanlıqda yerləşən ibadətxana isə XVIII əsrə məxsusdur. Bu ziyarətdə Ərəbistandan gələn dini yayan ərəblərin qəbirləri var.

Kəndin Doxun hissəsi dövlət tərəfindən mühafizə olunur. Tarixi materiallarla zəngin məkandır. Ciddi araşdırmalara ehtiyacı var. Qədim albanların yaşayış məskənlərindən biridir.

Coğrafiyası və iqlimi

Böyük Qafqaz dağlarının cənub ətəyində yerləşən kənd dəniz səviyyəsindən 1500–2000m yüksəklikdədir. Qışı soyuq, yazı və yayı isə mülayim iqlimi var. Hər tərəfdən dağlarla əhatə olunan kəndin rayon mərkəzinə çıxışı 2 yolla mümkündür. Birincisi dağların yamacından açılımış el arasında dağ yolu deyilən yol, ikincisi isə çay yolu. Ancaq yağıntılı vaxtlarda Kiş çayının suyunun artması bu yolun istifadəsini mümkünsüzləşdirir.

Kəndimizə qonaq gəlmək istəyənlər şəhər mərkəzindən 6 nömrəli avtobuslarla gələ bilərlər.

Əhalisi

Kəndin əhalisi 4.825 nəfər təşkil edir.

Tanınmış şəxsləri

  • Əhmədiyyə Cəbrayılov — İkinci dünya müharibəsi zamanı Fransa müqavimət hərakatının üzvü, Fransanın Fəxri Legion ordeni ilə təltif edilib
  • Mikayıl Cəbrayılov — Azərbaycanın Milli Qəhrəmanı, Əhmədiyyə Cəbrayılovun oğlu
  • Nuru Abdullayev — İkinci dünya müharibəsi zamanı Fransa müqavimət hərakatının üzvü

İqtisadiyyatı

Əhalisinin bir əksəriyyəti əkinçilik və heyvandarlıqla məşğuldur. Sahə adlandırılan kənddən bir neçə kilometr uzaqda yerləşən əkin sahələrində buğda, arpa və digər kənd təsərrüfatı məhsulları yetişdirilir. Sovet hakimiyyəti illərində və ondan bir neçə il sonraya qədər (kolxoz zamanı) kəndin əhalisi tütünçülük və baramaçılıqla da məşğul olurdu. Əhalinin bir qismi Şəkidəki İpək kombinatında çalışırdı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oxud haqqında məlumat. Oxud nədir? Oxud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Bulud texnologiyaları

  • Fevral 26, 2026

    Siyasi repressiya

  • Fevral 27, 2026

    Cucilər

  • Fevral 27, 2026

    Stalinqrad döyüşü

  • Fevral 27, 2026

    İmpuls momenti

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst