Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
| Sultanlıq Şəki xanlığının hökmranlığı altında | |
| Ərəş sultanlığı | |
|---|---|
| ارش سلطانلیغی | |
| 1747 — 1795 | |
| Paytaxt | Ərəş |
| Dil | Azərbaycan dili |
| Rəsmi dilləri | Azərbaycan dili, fars dili |
| Din | İslam |
| İdarəetmə forması | Mütləq monarxiya |
Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.
1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cü ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.
Ərəş sultanları
- Ərdoğdu xəlifə Təkəli (1578?)
- Məlik Əli — 1759-cu ildə Ağakişi bəyin qətlində iştirak etdi. Sonralar 1761-ci ildə onun kürəkəni Məhəmmədhüseyn xan Müştaqa qarşı üsyan etdi, lakin Fətəli xan Əfşarın təsdiqi ilə öz hökmranlığına keçdi. Bir az sonra öldürüldü.
- Məlik Əliməhəmməd xan — Məlik Əlinin oğlu.
- Məlik Əli Hüseyn xan
- Şəbəddin Sultan — Məlik Əlinin qardaşı oğlu, Məhəmmədhəsən xana qarşı üsyan etmiş, 1795-ci ildə öldürülmüşdür. Onun ölümündən sonra sultanlıq ləğv edilərək bir mahal kimi Şəki xanlığının tərkibinə qatıldı.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərəş sultanlığı haqqında məlumat. Ərəş sultanlığı nədir? Ərəş sultanlığı nə deməkdir?