Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əmrah Bala oğlu Əmrahov (1923, Kürdəxanı – 18 noyabr 1988, Bakı) — jurnalist, "Azərbaycan pioneri" qəzetinin baş redaktoru.

Əmrah Əmrahov

  • Ana Səhifə
  • Vikipediya
  • Əmrah Əmrahov

Əmrah Bala oğlu Əmrahov (1923, Kürdəxanı – 18 noyabr 1988, Bakı) — jurnalist, "Azərbaycan pioneri" qəzetinin baş redaktoru.

Əmrah Əmrahov
Doğum tarixi 1923(1923)
Doğum yeri
  • Kürdəxanı, Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 18 noyabr 1988(1988-11-18) (64–65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti jurnalist

Həyatı

1923-cü ildə Bakının Kürdəxanı kəndində anadan olub. Kürdəxanı kənd məktəbinin 1-ci sinfində bir neçə ay oxuduqdan sonra göz həkimləri ona oxumağı qadağan ediblər. Beş il müalicə olunduqdan sonra 1936-cı ildə yenidən məktəbə gedir. 1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub. 1945-ci ildə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Eyni zamanda "Azərbaycan pioneri" qəzeti redaksiyasında xüsusi müxbir işləyib. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və həyatını həmişəlik "Azərbaycan pioneri" qəzeti ilə bağlayıb. Əmrah müəllim ömrünün sonuna kimi, 38-il bu qəzetdə çalışıb. Əbədi işçi, şöbə müdiri, məsul katib, nəhayət qəzetin redaktoru. Onun sayəsində "Azərbaycan pioneri" o dövrdə nəinki məktəblilərin, hətta böyüklərin də ən sevimli qəzetinə çevrilib.

Əmrah Əmrahov əbədi fəaliyyətə şeirlə başlayıb. İlk şeirləri 1938-ci ildə "Azərbaycan pioneri", "Abşeron kolxozçusu" qəzetlərində çap olunub. Sonra oçerk və hekayələri dövrü mətbuatda dərc olunub. Bədii tərcümə ilə də məşğul olub. "Ürək Vətən üçün döyünəndə", "Əbədi şöhrət", "Zastavaya gedən yol", "Sənin həyatının qanunu", "Ulduzlar gecə parlar", "Ölməzlər", "Dağ bənövşəsi","Gizli aləmlər", "Lalələr apreldə açır", "Tapılmış kitab", "Yaxşıların dünyası" kimi əsərlərində yazıçı-jurnalist illərlə ürəyində gəzdirdiyi, beynində yaşatdığı düşüncələri, vətənpərvərlik duyğularını oxucuya çatdırmağa çalışıb. Ə. Əmrahov Azərbaycan LKGİ-nin bütün qurultaylarında komsomolun Mərkəzi komitəsinin üzvü seçilib. 1960-cı ildən ömrünün sonuna kimi respublika pioneri Mərkəzi Şurasının üzvü olub.

Əmrah Əmrahov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

1988-ci il noyabrın 18-də Bakıda vəfat edib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əmrah Əmrahov haqqında məlumat. Əmrah Əmrahov nədir? Əmrah Əmrahov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Alsheymer xəstəliyi

  • Mart 01, 2026

    Latoya Cekson

  • Fevral 28, 2026

    Reya (bitki)

  • Fevral 27, 2026

    Balinakimilər

  • Fevral 27, 2026

    Oktet qaydası

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst