Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlibəy Əlibəyov (22 mart 1878, Dədəli, Cəbrayıl qəzası – 7 aprel 1964, Bakı) — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru (1936), professor (1

Əlibəy Əlibəyov

  • Ana Səhifə
  • Vikipediya
  • Əlibəy Əlibəyov

Əlibəy Əlibəyov (22 mart 1878, Dədəli, Cəbrayıl qəzası – 7 aprel 1964, Bakı) — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru (1936), professor (1932). Azərbaycan SSR Əmək Qəhrəmanı (1933). Azərbaycan SSR əməkdar elm xadimi (1943).

Əlibəy Əlibəyov
Əli bəy Qulu bəy oğlu Əlibəyov
Doğum tarixi 22 mart 1878(1878-03-22)
Doğum yeri
  • Dədəli, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 7 aprel 1964(1964-04-07) (86 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Elmi dərəcəsi
  • tibb elmləri doktoru
İş yeri
  • Azərbaycan Tibb Universiteti
Təhsili
  • Taras Şevçenko adına Kiyev Milli Universiteti
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

Həyatı

Əlibəyov Əli bəy Qulu bəy oğlu 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında anadan olmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sonra Bakıya gəlmişdi. Elm-təhsil yolunda fədakarlığı bundan sonraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır. Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kontorunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir. Çox zaman elə limanda da gecələməli olurdu.

Ə. Əlibəyovun əmək yolu sonralar Bakı limanından Qara şəhərə-zavodlara keçmişdir. Fəhləlik etməklə, axşam ümumtəhsil kurslarında oxumuşdu.1905-ci ildə onu şəhərin tibb-sanitar bürosuna təlimatçı vəzifəsinə qəbul edirlər.

Gecə-gündüz yorulmadan çalışan, müntəzəm mütailə edən, elmə sonsuz həvəs göstərən Əli bəy kamal attestatı imtahanlarını ekstern üsulu ilə müvəffəqiyyətlə vermiş, 1911-ci ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olmuşdu. 1916-cı ildə universitetin tibb fakültəsini tamamlamışdı.

Ə. Əlibəyov əski Terek Sovet Respublikasında Nazran Dairə İcraiyyə Komitəsi (indiki İnquşetiyanın Nazran ş.) Səhiyyə şöbəsinin müdiri işləmişdir (1918–1923). Tədqiqatı, əsasən, Azərbaycan SSR-də epedemiologiya və sosial-gigiyena məsələlərinə və sairəyə həsr olunmuşdur. 1932-ci ildən ömrünün sonunadək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Institutunun ictimai gigeniya kafedrasının müdiri vəzifəsində çalışmışdı.

Əli bəy Əlibəyov tibb elmləri doktoru (1936), professor (1932), Azərbaycanın Əmək Qəhrəmanı (1933), Azərbaycanın əməkdar elm xadimi adlarına layiq görülmüşdü.

Tədqiqatı, əsasən, Azərbaycanda epidemiologiya və sosial-gigiyena məsələlərinə və s. həsr olunmuşdur. 1932-ci ildən ömrünün sonunadak Azərbaycan Dövlət Tibb Universitetinin ictimai gigiyena kafedrasının rəhbəri olmuşdur.

Mükafatları

"Lenin" ordeni, 2 "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əlibəy əlibəyov sözünün mənası, əlibəy əlibəyov haqqında məlumat. əlibəy əlibəyov nədir? əlibəy əlibəyov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Torpaq Kadastrı

  • Mart 03, 2026

    Ölülər kitabı

  • Mart 01, 2026

    İshaq Sükuti

  • Fevral 27, 2026

    Dave Lombardo

  • Fevral 27, 2026

    Seria A

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst