Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dədəli obası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-c

Dədəli (Füzuli)

  • Ana Səhifə
  • Vikipediya
  • Dədəli (Füzuli)

Dədəli — Azərbaycan Respublikasının Füzuli rayonunun Dədəli kənd inzibati ərazi dairəsində kənd.

Dədəli
39°34′55″ şm. e. 47°09′48″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Region Füzuli rayonu
Rayon Füzuli rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 267 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Dədəli xəritədə
Dədəli
Dədəli
Dədəli xəritədə
Dədəli
Dədəli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Dədəli obası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. İran şahzadəsi Abbas mirzə Qоvanlı-Qacar 1805-ci ildə Dədəli obasında oturaq etmiş, düşərgə salmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Baharın sonları idi və Araz çayı hələ də daşqın suları ilə axmaqda idi. İlk dəfə bir çocuq olaraq Araz çayını görən Abbas mirzə bu dəfə bir sərkərdə, bir komutan kimi onun sahilində dayanmış, çayı seyr edir, çocuqluğunu xatırlayırdı.

Xudafərin körpüsünün üstündən ordu Arazın o tayına keçməyə başladı. Ordu, Qarabağın Dədəbəyli adında bir bölgəsində oturaq saldı. Savaş meydanına yaxın olan bu bölgədə Abbas mirzə ordunun öndə gələn isimləri ilə bir yerdə durum dəyərləndirməsi yapdı. Casusların rus ordusu ilə ilgili gətirdikləri bilgiləri onlarla paylaşdı".

1823-cü ilə bağlı rus mənbəsində yazılır ki, Cavanşir-Dizaq mahalına bağlı Dədəli obasında dövlətə vergi ödəyən 6 tüstü, vergi ödəməyən Həzrətqulu yüzbaşı 1 tüstü, kasıb və yetim 2 tüstü, Hacı Rəsulun uşaqları 3 tüstü var. Şuşa şəhərində isə obadan 1 tüstü var ki, kasıb olduğundan vergi ödəmir. Əslində, şəhərdə Dədəlidən 2 ailə var idi. Biri İman bəyin, biri şərbətdar İbanın.

1842-ci ildə Dədəli obasında Nəcəfqulu bəy Cavanşirə aid 1 tüstü rəncbər, Mirzə Camal Cavanşir Qarabağiyə bağlı 1 tüstü məvaf, 4 tüstü isə dövlət kəndlisi qərar tutmuşdu.

1849-cu ildə Dədəli obasında Nəcəfqulu bəy Cavanşirə aid 1 tüstü rəncbər, Böyük xan Cavanşirə aid 1 tüstü, Səfiqulu bəy Fərzəli bəy oğluna aid 1 tüstü mülkədar rəiyyəti və 4 tüstü dövlət kəndlisi vardı. 1863-cü ildə Dədəli obasında 14 tüstü dövlət kəndlisi qərar tutmuşdu.

1873-cü ildə Dədəli obasında 14 tüstü dövlət kəndlisi yaşam sürürdü. 1886-cı ildə Dədəli obasında 18 tüstü köç-düş edirdi.

1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

Yaşayış məntəqəsi dədəli nəslinə mənsub ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.

Hazırda Xaçmaz (Dədəli) və Ağsu (Dədəli) rayonlarında eyniadlı kəndlər mövcuddur.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Həmçinin bax

  • Füzuli rayonu
  • Dədəli (Xaçmaz)
  • Dədəli (Ağsu)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dədəli (Füzuli) haqqında məlumat. Dədəli (Füzuli) nədir? Dədəli (Füzuli) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tarui xəstəliyi

  • Fevral 27, 2026

    Salahlı (Ağstafa)

  • Fevral 27, 2026

    Fransız Polineziyası

  • Fevral 27, 2026

    Cinnamon

  • Fevral 27, 2026

    Sergey Baqapş

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst