Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri.

Əliağa Həsənov

  • Ana Səhifə
  • Vikipediya
  • Əliağa Həsənov

Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri.

Əliağa Həsənov
Azərbaycan Dövlət Bankın müdiri
1919 – ?
Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü Maliyyə naziri
14 mart 1919 – 22 dekabr 1919
Əvvəlkiİvan Protasov
SonrakıRəşid xan Qaplanov
Şəxsi məlumatlar
Doğum tarixi 1871(1871)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 18 mart 1933(1933-03-18) (61–62 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Təhsili
  • Bakı Kommersiya Məktəbi
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ə. Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə. Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur.

1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S. Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə. Həsənov olmuşdu. O, qırğının son günü yaranmış Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. Bitərəf Ə. Həsənov 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmişdir. Ə. Həsənov F. X. Xoyskinin təşkil etdiyi üçüncü Hökumət kabinetində (26 dekabr 1918 – 14 mart 1919) maliyyə nazirinin müavini, 1919-cu ilin yanvarın 16-dan isə dövlət müfəttişi vəzifələrini yerinə yetirmişdir. Azərbaycan Nazirlər Şurasının Sədri N. Yusifbəylinin yaratdığı 1-ci (ümumi sayca 4-cü) Hökumətdə o, maliyyə naziri vəzifəsini icra etmişdir. Ə. Həsənovun rəhbərliyi altında 1919-cu il sentyabrın 30-da Bakıda Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Bankın Gəncədə, Şamaxıda, Lənkəranda və başqa şəhərlərdə şöbələri təşkil olundu. 1919–1920-ci illərdə ADR-nın 25, 50, 100, 250 və 500 manatlıq dəyərində kağız pulları dövriyyəyə buraxıldı. Yüksək bədii zövqlə tərtib olunmuş bu əskinasların üzərində nazirlər şurasının sədri Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Əliağa Həsənovun imzaları var idi. 1919-cu ilin sonunda ADR hökumətinin rəsmi icazəsi ilə Bakıda şəhər upravası tərəfindən 500 manat dəyərində istiqraz vərəqələri də dövriyyəyə daxil edildi. 1919-cu il dekabrın ortalarında N. Yusifbəylinin kabinəsi istefaya çıxdığı üçün dekabr ayının 24-də Ə. Həsənov tutduğu vəzifəni tərk etmişdir. O, II Yusifbəyli hökumətində maliyyə nazirinin müavini olmuş, sonra Azərbaycan Dövlət Bankının müdiri vəzifəsində (həm milli hökumət, həm də sovet dövründə) çalışmışdır.

Ə. Həsənov 1933-cü ilin martında Bakıda vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əliağa həsənov sözünün mənası, əliağa həsənov haqqında məlumat. əliağa həsənov nədir? əliağa həsənov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Qarnıtikankimilər

  • Mart 04, 2026

    Kamil Yaşen

  • Mart 06, 2026

    İntizar (müğənni)

  • Fevral 27, 2026

    Çanaqqala

  • Mart 01, 2026

    Okapia johnstoni

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst