Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası – 1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).
| Əliabbas Mədətzadə | |
|---|---|
| Doğum tarixi | 1909 |
| Doğum yeri | |
| Vəfat tarixi | 1972 (62–63 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | iqlimşünaslıq, meteorologiya |
| Elmi dərəcəsi |
|
| Elmi adı | |
| Təhsili |
|
| Mükafatları | |
Həyatı
Elmi fəaliyyəti
İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun hava və iqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib. Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib. Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir.
Elmi əsərləri
Həmçinin bax
- Şahvələd Xəlilov
- Məhəmməd Abduyev
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əliabbas mədətzadə sözünün mənası, əliabbas mədətzadə haqqında məlumat. əliabbas mədətzadə nədir? əliabbas mədətzadə nə deməkdir?