Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Tağı-zadə (22 mart (3 aprel) 1883, Tiflis – 3 fevral 1966, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959–1

Əli Tağızadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Tağızadə

Əli Tağı-zadə (22 mart (3 aprel) 1883, Tiflis – 3 fevral 1966, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959–1963), Ermənistan SSR xalq ictimai təminat komissarı (1929–1932), Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1933–1935).

Əli Tağızadə
Azərbaycan SSR Ali Sovetinin sədri
25 noyabr 1959 – 29 mart 1963
ƏvvəlkiQəzənfər Cəfərli
SonrakıMəmməd Arif
Ermənistan SSR xalq ictimai təminat komissarı
1929 – 1932
ƏvvəlkiBala Əfəndiyev
SonrakıArtem Ağamalyan[erm.]
Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi
1933 – 1935
ƏvvəlkiHaqverdi Haqverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 3 aprel 1883
Doğum yeri Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 fevral 1966 (82 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri I Fəxri Xiyaban
Partiya
  • Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyası (1906–1918),
  • Sovet İttifaqı Kommunist Partiyası (1918–1966)
Fəaliyyəti inqilabçı

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni
"Qırmızı bayraq" ordeni (Ermənistan SSR) — 19361936
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Erkən həyatı və inqilabi fəaliyyəti

Əli Əli oğlu Tağızadə 22 mart (3 aprel) 1883-cü ildə Tiflisdə suçu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından ibtidai ruhani məktəbində təhsilini yarımçıq qoyaraq boyaq emalatxanasında usta şagirdi işləməyə başlamışdır. 1903-cü ildən inqilabi hərəkata qoşulmuş, 1906-cı ilin iyunundan RSDF(b)P üzvü olmuşdur. Əli Tağızadə partiyanın tapşığı ilə digər bolşeviklərlə birlikdə "Hümmət"in Tiflis, Naxçıvan, Culfa və başqa şəhərlərdəki şöbələrinin yaradılmasında fəal iştirak etmişdir.

1907-ci ildə Əli Tağızadə RSDF(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Qacar hökumətinə qarşı üsyana qalxmış fəhlə və kəndlilərə kömək etmək üçün Cənubi Azərbaycana göndərilmişdir. O, bolşeviklərdən Heydər (Əmi oğlu) Tanrıverdiyev, İ. Mikaladze, S. Banvoryan və başqaları ilə birlikdə işləmişdir. Tiflisə qayıtdıqdan sonra İran inqilabçılarına döyüş sursatı göndərilməsinin təşkilində iştirak etmişdir. Bu fəaliyyətinə görə o, 1908-ci ilin avqustunda xəfiyyə idarəsi tərəfindən həbs edilərək Metex qalasına salınmışdır. Tutarlı dəlillər olmadığına görə həbsxanadan azad edilmiş, 1911-ci ildə partiyanın tapşırığı ilə ikinci dəfə İrana gedərək orada inqilabi təşviqat işləri aparmışdır.

1917-ci il fevral inqilabından sonra Əli Tağızadə kütlələr içərisində inqilabi iş aparmışdır. 1917-ci ilin sentyabr ayında RSDF(b)P Qafqaz Ölkə Komitəsi onu rus ordusunun əsgərləri və fəhlələr arasında təşviqat aparmaq məqsədilə yenidən Cənubi Azərbaycana göndərilmişdir. O, digər bolşeviklərlə birlikdə Dilman şəhərində əsgər deputatları soveti təşkil etmiş və həmin şuranın icraiyyə komitəsinin tərkibinə seçilmişdir. 1917-ci ilin axırlarında yenidən Tiflisə qayıtmışdır. Oktyabr inqilabı ərəfəsində digər bolşeviklərlə birlikdə türk və almanlara, eləcə də onların tərəfdarları olan gürcü menşeviklərinə və müsavatçılara qarşı qəti çıxışlar etmiş, iki dəfə Gəncə və Qazaxa gedərək Qafqaz bolşevik komitəsi üzvlərinə mövcud vəziyyət barədə məruzələr etmişdir. Partiyanın tapşırığı ilə Əli Tağızadə 1918-ci ilin yayında misəritmə zavodunun fəhlələri arasında təbliğat işi aparmaq üçün Gədəbəyə göndərilmişdir. Həmin vaxtlarda o, Borçalı qəzasının kəndlərində, Tiflisin bir sıra müəssisələrində partiya Kommunist Partiyası özəklərinin təşkili ilə məşğul olmuşdur.

1919-cu ilin sentyabrında Əli Tağızadə RK(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Bakıya göndərilmiş və burada bolşevik təşkilatı ilə əlaqə yaratmışdır. O, Tiflisdəki vəziyyətə dair məlumat vermiş və Azərbaycan dilində çoxlu miqdarda partiya ədəbiyyatı götürərək yenidən Tiflisə qayıtmışdır. Tiflisdə 6-cı rayonun qərargah üzvü olan Əli Tağızadə Gürcüstan menşevik hökuməti əleyhinə silahlı üsyan hazırlanmasında fəal iştirak etmişdir. Bu zaman o, Tiflis İnqilab Komitəsinin tərkibinə daxil olmuş, 6-cı rayonun partiya konfrasında isə rayon partiya komitəsinin katibi seçilmişdir.

Sovet hakimiyyəti dövründə fəaliyyəti

1921-ci ilin fevral ayında Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Əli Tağızadə burada rəhbər partiya və sovet işlərində çalışmış, eləcə də Vladimir Leninin rəhbərlik etdiyi IX Ümumrusiya Sovetlər qurultayına[rus.] nümayəndə seçilmişdir. O, 1922-ci ildə inqilab komitəsinin, Borçalı qəzasında sovetlərə seçkilər üzrə müvəkkil vəzifələrində işləmiş, 1923–1924-cü illərdə Gürcüstan K(b)P və RK(b)P Zaqafqaziya Ölkə Komitəsi partiya nəzarət komissiyalarının üzvü seçilmişdir. 1924–1925-ci illərdə Gürcüstan K(b)P Borçalı Qəza Komitəsinin katibi, 1925–1927-ci illərdə kənd təsərrüfatı kooperasiyası idarə heyətinin sədri, 1927–1928-ci illərdə Gürcüstan SSR Ali Məhkəməsi kollegiyasının üzvü, 1928–1929-cu illərdə isə Zaqafqaziya Dövlət Ticarəti İdarəsinin şöbə müdiri olmuşdur.

Əli Tağızadə Ermənistan SSR-ə rəhbər işə göndərilərək 1929–1932-ci illərdə (Bala Əfəndiyevdən sonra) Ermənistan SSR xalq ictimai təminat komissarı, eyni zamanda İrəvanda çıxan "Qızıl şəfəq" qəzetinin redaktoru olmuş, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilmiş, 1933–1935-ci illərdə Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi işləmişdir. 1938-ci ildə xalq düşməni kimi həbs olunmuş, lakin 1940-cı ildə azad edilmişdir. Bundan sonra o, Vedi rayonunun Qaralar kəndinə kitabxana müdiri göndərilmiş, lakin sonralar təqiblər səbəbindən Bakıya gəlmişdir.

1946-cı ildən təqaüdə çıxaraq Bakıda yaşayan Əli Tağızadə Azərbaycan SSR Ali Sovetinin (4–6-cı çağırış) deputatı seçilmiş, 1959–1963-cü illərdə isə sədri olmuşdur. O, dəfələrlə ZSFSR, Gürcüstan və Ermənistan Mərkəzi İcraiyyə Komitələrinin, Azərbaycan və Ermənistan K(b)P Mərkəzi Komitələrinin, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. 1957-ci ildən həyatının sonuna qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi yanında İnqilabi Şöhrət Şurasının sədri vəzifəsində çalışmışdır.

Əli Tağızadə 1905–1907-ci illərin birinci rus inqilabında fəal iştirak etdiyi üçün və inqilabi xidmətlərinə görə "Qırmızı əmək bayrağı" və Ermənistan SSR-in "Qırmızı bayraq" (1936) ordenləri, eləcə də medallarla təltif edilmişdir.

Əli Tağızadə 3 fevral 1966-cı ildə vəfat etmişdir. Bakıdakı küçələrdən biri onun adını daşıyır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Tağızadə haqqında məlumat. Əli Tağızadə nədir? Əli Tağızadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muncuq Xan

  • Fevral 28, 2026

    Lüdviq Qumploviç

  • Fevral 27, 2026

    Bağırsaqboşluqlular

  • Mart 01, 2026

    R-360 Neptun

  • Fevral 27, 2026

    Fantaziya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst