Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

R-360 Neptun (ukr. Р-360 «Нептун») — Ukrayna tərəfindən istehsal olunmuş gəmi əleyhinə qanadlı raketdir. Çəkisi 870 kq olan bu raket 2014 və ya 2012-ci ildə yar

R-360 Neptun

  • Ana Səhifə
  • Vikipediya
  • R-360 Neptun

R-360 Neptun (ukr. Р-360 «Нептун») — Ukrayna tərəfindən istehsal olunmuş gəmi əleyhinə qanadlı raketdir. Çəkisi 870 kq olan bu raket 2014 və ya 2012-ci ildə yaradılmışdır. Raketin konstruksiyası, əhəmiyyətli miqyasda təkmilləşdirilmiş uçuş məsafəsi və elektronikası SSRİ istehsalı olan H-35 gəmi əleyhinə raketinə əsaslanır. 150 kq döyüş başlığı daşıyan raket saatda 900 km sürətlə 300 km-lik mənzilə malikdir. Sistem suüstü döyüş gəmilərini və çəkisi 5000 tona qədər olan nəqliyyat gəmilərini, konvoy halında və ya tək formada vurmaq üçün hazırlanmışdır. Raket eyni zamanda çəkisi 12000 tona qədər olan gəmiləri də məhv etmək qabiliyyətinə malikdir. Raketlər 3 platformadan işə salına bilər:

  • Havadan;
  • Qurudan;
  • Dənizdən.
R-360 Neptun
Ölkə
  •  Ukrayna
İstismar tarixçəsi
İstismara başlanması 2021
İstifadə edilən döyüşlər
  • Rusiya–Ukrayna müharibəsi
İstehsal tarixçəsi
Yaranma tarixi 2013
Xüsusiyyətləri
Ağırlığı 870 kq
Uzunluğu
  • 4,4 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2019-cu ildə raketin üzərində bəzi modifikasiylar aparılmışdır. Bu modifikasiylar nəticəsində raketin lazer başlığı dəyişdirilmiş, hündürlük ölçən sistemi, starteri, qanadları, giroskop və naviqasiya sistemləri yenilənmişdir. Bununla da raketin dəqiqlik qabiliyyəti artırılmışdır.

Daha sonra raket Albe poliqonunda test edilmişdir. Bu zaman təhlükəsizliyi təmin etmək üçün 6500 km-lik məsafədə gəmi və təyyarələrin hərəkəti bir müddətlik dayandırılmışdır. Raketin döyüş başlığı yüksək partlayıcı xüsusiyyətə malikdir. Bu başlıq ya hədəfə dəydiyi zaman, ya da hədəfə müəyyən məsafədə sensorlar vasitəsilə işə düşür. Əsas mühərriki Motor Siç şirkətinin istehsalı olan MS400 turbofan olan raketin iki mühərriki vardır. Bir mühərrik raketi işə salır, digəri isə raketi hədəfinə aparır. Raketin sahib olduğu elektron sistemlər raketin radarlarda görünmə ehtimalını minimuma endirir.

Neptun raket sistemi müstəqil hərəkət edən kreyserlər, destroyerlər, freqatlar, korvettalar, tank və personal-desant daşıyan gəmilər, nəqliyyat gəmilərinə qarşı müdafiə fəaliyyətini yerinə yetirmək üçün nəzərdə tutulmuş gəmi əleyhinə qanadlı raket sistemidir. Sistem, həmçinin əlverişsiz hava şəraitində və düşmənin radioelektron dalğaları qarışdırdı zaman da, fəaliyyət göstərə bilir və raketin elektron sistemi bundan təsirlənmir. Bir Neptun raket batareyasına 24 ədəd R-360 gəmi əleyhinə raket, hər birində 4 raket olmaqla 6 ədəd atış platforması, səyyar komanda mərkəzi, yükləməni həyata keçirən avtomobil və əlavə raket daşıyan avtomobil daxildir. Bu sistem dəniz sahilindən 25 km-ə qədər içəridə raketlərin atışını həyata keçirdə bilir.

Həmçinin bax

  • Motor Siç
  • Moskva (raket kreyseri)
  • Ukrayna Silahlı Qüvvələri
  • Qanadlı raket
  • Gəmi əleyhinə raket

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, R-360 Neptun haqqında məlumat. R-360 Neptun nədir? R-360 Neptun nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mixail Mil

  • Fevral 27, 2026

    Bonn kafedralı

  • Mart 01, 2026

    İlham Məmmədzadə

  • Fevral 25, 2026

    Cəmadiyəlaxır

  • Fevral 24, 2026

    Trir

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst