Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhmədağalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-cü ildən fəaliyyət göstərən bələdiyyə.

Əhmədağalı bələdiyyəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Əhmədağalı bələdiyyəsi

Əhmədağalı bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-cü ildən fəaliyyət göstərən bələdiyyə.

Bələdiyyə
Əhmədağalı bələdiyyəsi
Azərbaycan Respublikasının Ağdam rayonunun Əhmədağalı bələdiyyəsi
Bayraq
Bayraq
Ölkə
  •  Azərbaycan
Daxildir Ağdam rayonu
Bələdiyyənin ünvanı Əhmədağalı-Sarıcalı-Çəmənli yolu, Əhmədağalı Kənd Tam Orta Məktəbinin yanı
Bələdiyyə sədri Şükürov Səyavuş Xosrov oğlu
Tarixi və coğrafiyası
Yaradılıb 2004
Sahəsi
  • 31,7 km²
Əhalisi
Əhalisi
  • 9.461 nəf. (2025)
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Statistik kodu 60927007
Bələdiyyə ödənişləri üçün vergi kodu 3204
VÖEN 3200042491
Telefon kodu +994 26
Avtomobil nömrəsi 02
ehmedağalibelediyesi@gmail.com

Mündəricat

Tarixi

29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla Ağdam bələdiyyələrində ağağıdakı dəyişikliklər edilib: Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi yaradılıb.

Bu Bələdiyyənin ilk Nizamnaməsi onun 21.09.2000-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə qəbul edilmiş 28.09.2017-ci il tarixli 12 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə həmin Nizamnamə ləğv edilmişdir.

2004 – 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi həyata keçirib.

2004-cü ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 2) 4-cü sırada "Əhmədağalı bələdiyyəsi" sözlərinin qarşısındakı "və Mirəşelli kəndləri" sözləri ", Mirəşelli kəndləri və Bənövşələr qəsəbəsi" sözləri ilə" əvəz edilib.

28.09.2017-ci il tarixli 12 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilmiş, 10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə isə həmin Nizamnamə ləğv edilmişdir.

2020-2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.4. Əhmədağalı, Qərvənd və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Bənövşələr, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrində və Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq, Mirəşelli, Orta Qərvənd, Təzəkənd kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılıb.

10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin üçüncü Nizmanaməsi qəbul edilmişdir.

Mərkəzi və ərazisi

Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Əhmədağalı kəndi Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin mərkəzidir.

Bələdiyyənin ünvanı: Əhmədağalı-Sarıcalı-Çəmənli yolu, Əhmədağalı Kənd Tam Orta Məktəbinin yanı, Ağdam Rayon İcra hakimiyyətinin Əhmədağalı kənd İƏD üzrə nümayəndəliyindən 100 metrliyi.

Həmin Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib:

Bələdiyyənin tam adı VÖEN Bələdiyyə ödəyiciləri üçün vergi kodu Bələdiyyənin statistik kodu Ərazisi (km²) İnzibati ərazi dairəsinin adı İƏD statistik kodu İnzibati ərazi vahidinin adı İƏV statistik kodu
Ağdam rayonunun Əhmədağalı bələdiyyəsi 3200042491 3204 60927007 31,7 Əhmədağalı kənd iəd 60927005 Əhmədağalı kəndi 60927018
Çıraxlı kəndi 60927028
Kolqışlaq kəndi 60927038
Mirəşelli kəndi 60927048
Bənövşələr qəsəbə iəd 60939005 Bənövşələr qəsəbəsi 60939016
Qərvənd kənd iəd 60910005 Ayaq Qərvənd kəndi 60910038
Orta Qərvənd kəndi 60910028
Nəmirli kənd iəd 60915005 Təzəkənd kəndi 60915058
Təzəkənd qəsəbə iəd 60950005 Təzəkənd qəsəbəsi 60950016
Birinci Dördyol iəd 60942005 Birinci Dördyol qəsəbəsi 60942016
İkinci Dördyol iəd 60946005 İkinci Dördyol qəsəbəsi 60946016

Bu Bələdiyyənin ərazisinə dair olan kəndlərin mənsub olduqları inzibati ərazi dairələri nəzərə alınaraq, İkinci qarabağ müharibəsi nəticəsində işğaldan azal olunmuş aşağıdakı kəndlərin gələcəkdə həmin bələdiyyəyə aid ediləcəyi güman edilir:

İnzibati ərazi dairəsi İƏD

statistik kod

İnzibati ərazi vahidi İƏV

statistik kod

Nəmirli kənd iəd 60915005 Nəmirli kəndi 60915018
Şotlanlı kəndi 60915028
Şuraabad kəndi 60915048
Umudlu kəndi 60915038
Qərvənd kənd iəd 60910005 Baş Qərvənd kəndi 60910018
Şıxlar kəndi 60910048

Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar

"Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

Ağdam rayon icra hakimiyyətinin məlumatına əsasın 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 2279 ev təsərrüfatı fəaliyyət göstərməklə, 9461 nəfər yaşayır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhmədağalı bələdiyyəsi haqqında məlumat. Əhmədağalı bələdiyyəsi nədir? Əhmədağalı bələdiyyəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Virciniya

  • Fevral 23, 2026

    May

  • Fevral 23, 2026

    Holozoa

  • Fevral 25, 2026

    Alpinizm

  • Fevral 23, 2026

    Məhəmmədin canişinliyi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst