Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədov Əhməd Qəşəm oğlu (15 fevral 1950, Vayxır, Naxçıvan rayonu) — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elm

Əhməd Qəşəmoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Qəşəmoğlu

Məmmədov Əhməd Qəşəm oğlu (15 fevral 1950, Vayxır, Naxçıvan rayonu) — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978); "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı

Əhməd Qəşəmoğlu
Əhməd Qəşəm oğlu Məmmədov
Doğum tarixi 15 fevral 1950(1950-02-15) (76 yaş)
Doğum yeri
  • Vayxır, Naxçıvan rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi
Fəaliyyəti şair, publisist, sosioloq
Üzvlüyü
  • SSRİ Yazıçılar İttifaqı,
  • Azərbaycan Yazıçılar Birliyi,
  • Azərbaycan Jurnalistlər Birliyi,
  • Azərbaycan Aşıqlar Birliyi,
  • Dədə Ələsgər Ədəbi Məclisi[d]

Mündəricat

Həyatı

Əhməd Qəşəmoğlu 1950–ci ilin 15 fevralında Naxçıvan MR-nin Babək rayonunun Vayxır kəndində anadan olmuşdur. 1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmiş və Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunda fəaliyyətə başlamışdır.

1974-cü ildən 1978–ci ilə qədər Moskvada SSRİ EA-nın Mərkəzi İqtisadi Riyaziyyat İnstitutunda əvvəl təkmilləşmə kursu keçmiş,sonra əyani aspiranturanı bitirmişdir. 1974-cü ildə Varşavada Beynəlxalq Statistika İnstitutunun keçirdiyi konqresdə məruzə ilə çıxış etmişdir. İqtisad elmləri namizədidir. UNESCO–nun Beynəlxalq Kadrlar Akademiyasının fəlsəfə doktorudur. SSRİ Sosioloqlar Assosiasiyasının İdarə Heyətinin üzvü olmuşdur.

Yaradıcılığı

Ədəbi yaradıcılıqla geniş şəkildə məşğul olur. 1977-ci ildən Azərbaycan xalq şairi Rəsul Rzanın təqdimatı ilə "Azərbaycan Gəncləri" qəzetində onun şerləri müntəzəm olaraq Respublika Mətbuatında çap olunmağa başlamışdır. "Vurğun külək" adlı ilk şeirlər kitabı 1981–ci ildə "Gənclik" nəşriyyatında çap olunmuşdur. Ə. Qəşəmoğlu 1980–ci ildə Tuva MSSR–in paytaxtı Qızıl şəhərində keçirilən "Gənc yazıçıların Ümumittifaq Toplantısı"nda laureat olmuşdur. Buna görə də onun "Vlyublennıy veter" kitabı Moskvada "Molodaya qvardiya" nəşriyyatında çap olunmuşdur. SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. O, eyni zamanda,ardcıl olaraq publisistika ilə də məşğul olur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanın Jurnalistlər Birliyinin üzvüdür. Şeir və publisistik yazıları 10-dan artıq xarici ölkələrdə müxtəlif dillərdə çap olunmuşdur. "Rəsul Rza" adına Beynəlxalq ədəbi mükafatın laueratıdır.

Əhməd Qəşəmoğlu SSRİ–də riyaziyyatın sosiologiyaya tədbiqi sahəsində fəaliyyətə başlayan ilk mütəxəssislərdən biridir. 1974-cü ildən başlayaraq Azərbaycanda emprik sosiologiyanın əsasını qoymuşdur. 1980-ci ildə Azərbaycan Komsomolu MK–da, 1987–ci ildə Azərbaycan SSR EA–da, 1992–ci ildə Qərb Universitetində sosiologiya sahəsində ciddi Elmi Mərkəzlər yaratmışdır. 1990–cı ildə Azərbaycanda ilk müstəqil "Sosioloji Araşdırmalar Mərkəzi" yaratmışdır. Rəhbərlik etdiyi "El-oba" Sosioloji Araşdırmalar Mərkəzi 1994–cü ilə qədər respublikada olduqca ciddi fəaliyyət göstərmişdir. 1992–ci ilin oktyabrında Azərbaycan Respublikası Parlamenti yanında "Humanitar tədqiqatlar və Proqnozaşdırma Mərkəzi"nin rəhbəri seçilmişdir. Mərkəz 1997–ci ildə ləğv edilmişdir.

ABŞda, İrlandiyada, İsveçdə, Misirdə, Türkiyədə və s. ölkələrdə keçirilən 10-dan artıq beynəlxalq toplantıların iştirakçısı olmuşdur. 350–yə qədər sosioloji araşdırmanın aparılmasına rəhbərlik etmişdir. 20–yə qədər fəaliyyət proqramının yaradıcısıdır. 300–ə qədər elmi, publisistik məqalənin, 5 şeir, 5 elmi kitabın müəllifidir.

Əhməd Qəşəmoğlu "Azərbaycan-Hollandiya dostluq cəmiyyəti"nin, "Tərəqqi və Demokratiya" ictimai birliyinin rəhbəridir.

27 mart 2024-cü ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.

İşləri

  1. Vurğun külək. Bakı: Yazıçı, 1982, 73 səh.
  2. Dünya çağırır məni. Bakı: Yazıçı, 1988, 88 səh.
  3. Vlyublennıy veter. Moskva: Molodaya Qvardiya, 1985, 52 səh.
  4. Dünyadan keçirəm indi. Bakı: Yazıçı, 1997, 142 səh.
  5. Tətbiqi sosiologiya. Bakı: "TED", 1998, 72 səh.
  6. Sosioloji araşdırma aparanlara kömək. Bakı: "Sabah", 2000, 142 səh.
  7. Sosial idarəetmənin fəlsəfi və sosioloji problemləri. Bakı: Yazıçı, 2008, 264 səh.
  8. Sonsuzluğun ahəngi. Bakı, "Xan"; 2015, 352 səh.
  9. Eşqdən o yana. Bakı, "Elm və təhsil", 2020, 172 səh.
  10. Ömrün uğurlu bünövrəsi. Bakı: JekoPrint. 2020. 624 s.
  11. Sosial-iqtisadi proseslərin idarə olunmasında ahəngyol nəzəriyyəsindən istifadə. Bakı: "Elm və təhsil", 2021, 359 səh.
  12. Rəsul Rza (poema). Bakı, "Elm və təhsil", 2023, 90 səh.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əhməd qəşəmoğlu sözünün mənası, əhməd qəşəmoğlu haqqında məlumat. əhməd qəşəmoğlu nədir? əhməd qəşəmoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Rəhim xan

  • Fevral 27, 2026

    Ştaudinger reaksiyası

  • Mart 01, 2026

    Fərman Nəbiyev

  • Fevral 27, 2026

    Nüzhə

  • Fevral 27, 2026

    Dəliçətənə

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst