Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardi

Ədilə Namazova

  • Ana Səhifə
  • Vikipediya
  • Ədilə Namazova

Ədilə Namazova (bəzi mənbələrdə:Adilə Namazova, tam adı: Ədilə Əvəz qızı Namazova; 9 sentyabr 1926, Seyidli – 16 dekabr 2020, Bakı) — Azərbaycan pediatrı, kardioloq. Tibb elmləri doktoru (1965), professor (1966), SSRİ Tibb EA-nın müxbir üzvü (1971), Əməkdar elm xadimi (1981), Azərbaycan EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1982).

Adilə Namazova
Namazova Ədilə Əvəz qızı
Doğum tarixi 9 sentyabr 1926(1926-09-09)
Doğum yeri
  • Seyidli, Azərbaycan
Vəfat tarixi 16 dekabr 2020(2020-12-16) (94 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahəsi pediatriya
Elmi dərəcəsi tibb elmləri doktoru
Elmi adı professor
İş yerləri Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Tanınmış yetirmələri 72-fəlsəfə doktoru
12-elmlər doktoru
Tanınır Uşaq xəstəliklərinin öyrənilməsi;
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1981Azərbaycan SSR Dövlət mükafatı — 19821982
"Şərəf" ordeni — 20112011 "Şöhrət" ordeni — 19961996 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Mündəricat

Həyatı

Ədilə Namazova 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini Ağdamda almış, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə Ağdam rayon mərkəzi xəstəxanasında başlamışdır.

1965-ci ildən Azərbaycan Dövlət Tibb İnstitutunun klinik pediatriya kafedrasının müdiridir. 1965-ci ildə tibb elmləri doktoru dərəcəsi almışdır. 1971-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmişdir. Hazırda Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının üzvüdür.

1982-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. AMEA-nın həqiqi üzvüdür. 1976-cı ildən Azərbaycan Pediatrlar Cəmiyyətinin sədridir.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin deputatı olmuşdur.

Adilə Namazovanın tədqiqatları uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin, ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. O, ürək üzərində cərrahi əməliyyata — korreksiyaya göstəriş və əks-göstərişi müəyyənləşdirmiş, ilk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə nəticələrini qiymətləndirmişdir.

Azərbaycanın ilk qadın pediatr alimi sayılır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.

SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü olmuşdur.

Mükafatları

  • Azərbaycan Sovet Sosialist Respublikası "Azərbaycan SSR əməkdar elm xadimi " fəxri adı — 1981
  • Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan SSR əməkdar həkimi — 1982
  • Azərbaycan Sovet Sosialist Respublikası "Azərbaycan SSR dövlət mükafatı" fəxri adı — 1982
  • Azərbaycan Sovet Sosialist Respublikası ""Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı" fəxri adı — 1970
  • Azərbaycan Sovet Sosialist Respublikası "Sağlamlığın qorunmasında fərqlənmə görə medalı" — 1979
  • SSRİ "ÜİLKGİ Mərkəzi Komitəsinin "Fəxri Fərmanı" — 1945
  • SSRİ "Səhiyyə əlaçısı — 1975
  • Azərbaycan "Şöhrət" ordeni — 14 sentyabr 1996
  • Azərbaycan ""Şərəf" ordeni — 2011
  • Azərbaycan "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2016
  • Azərbaycan "Akademik. M. Topçibaşov mükafatı laureatı və medalı — 2005
  • Azərbaycan " Azərbaycan Milli Elmlər Akademiyasının "Akademik Miəsədulla Mirqasımov mükafatı" — 2016
  • Rusiya "Rusiya Pediatrlar İttifaqının "Akademik G. Speranski Medalı" — 2016
  • Rusiya "Moskvanın və bütün Rusiyanın Patriarxının "Müqəddəs Çar Dimitri" ordeni — 2007

Tədqiqat sahələri

  • Uşaq xəstəliklərinin öyrənilməsilarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin öyrənilməsi;
  • Uşaqlarda ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərini öyrənilməsi, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əks göstəriş müəyyənləşdirilməsi;
  • İlk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə (20 il) nəticələrinin qiymətləndirilməsi;
  • Hipertoniya və hipotoniya xəstəlikləri uşaq və yeniyetmə yaşlarından başlayaraq insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam etdiyinin dünyada ilk dəfə olaraq sübut edilməsi;
  • İlk dəfə olaraq hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatı.

Xatirəsi

2007-ci ildə "Salnamə" sənədli filmlər studiyasında çəkilmiş Akademik Adilə Namazova adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

Həmçinin bax

  • Azərbaycan Pediatrlar Assosiasiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ədilə Namazova haqqında məlumat. Ədilə Namazova nədir? Ədilə Namazova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    330-cu illər

  • Fevral 27, 2026

    Bakı (qəzet)

  • Fevral 27, 2026

    Elmlər namizədi

  • Fevral 27, 2026

    Soqd vilayəti

  • Fevral 27, 2026

    Conatan Svift

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst