Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əliyev Ədalət Hüseyn oğlu (12 fevral 1967, Bakı) — Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti, Azərbaycanda ilk və tək caz radiosu yaradıcısıdır.

Ədalət Əliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ədalət Əliyev

Əliyev Ədalət Hüseyn oğlu (12 fevral 1967, Bakı) — Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti, Azərbaycanda ilk və tək caz radiosu yaradıcısıdır.

Ədalət Əliyev
Doğum tarixi 12 fevral 1967(1967-02-12) (59 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Hüseyn Əliyev
Fəaliyyəti Lider Televiziyası
Fəaliyyət illəri 2000-ci ildən
Mükafatları "Tərəqqi" medalı"Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 20052005
www.adalataliyev.com

Mündəricat

Həyatı

Ədalət Əliyev 1967-ci il fevral ayının 12-də Bakı şəhərində anadan olub. 1983-cü ildə 258 №-li orta məktəbi bitirib. 1985-ci ildə isə hərbi xidmətə yola düşüb. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib, daha sonra isə 2003–2008-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə təhsil alıb.

Ədalət Əliyev ilk iş fəaliyyətinə 1990-cı ildə Bakı "Saburovo" Yaradıcılıq İstehsalat Birliyində aparıcı-mütəxəssis vəzifəsində çalışmaqla başlayıb. 1991–1992-ci illərdə YTNB "Teatr İttifaqının" Azərbaycan şöbəsində "İRS" kooperativinin xarici əlaqələr bölməsinin müfəttişi, 1992–1995-ci illərdə isə "Gilan" İstehsalat Kommersiya Birliyində xarici iqtisadi əlaqələr üzrə direktor vəzifəsini icra edib. O, həmçinin 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Statistika İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Fəaliyyəti

Ədalət Əliyev 15 noyabr 1999-cu ildə Azərbaycan radioməkanında ilk dəfə geniş dinləyici kütləsi üçün nəzərdə tutulan, dünya caz musiqisinin nümunələri ilə yanaşı, milli caz musiqimizin də səsləndiyi "Lider" radiosunu təsis edib. 1 sentyabr 2000-ci ildən fəaliyyətə başlayan "Lider" televiziyasının prezidentidir.

Məktəb illərində cüdo idman növü ilə, tələbə olarkən isə böyük tennislə məşğul olub. Aykido idman növü üzrə dərəcəyə sahibdir.

Rəssam ailəsində böyüyüb, Ə. Əliyev həm də foto sənətinə öz baxış bucağından yanaşaraq, fərqli sənət nümunələri yaradan həvəskar fotoqrafdır. O, gəzməyi, səyahət etməyi sevir. Gəzdiyi ölkələr, gördüyü şəhərlər, gözəl mənzərələr onu yaşanan hər bir gözəl anı fotokameranın yaddaşına köçürməyə sövq edir. Həvəskar fotoqraf olmasına baxmayaraq, Ədalət Əliyev bu işə peşəkarcasına yanaşır.

Həyatın bir anı… Müxtəlif zamanlarda və məkanlarda bu anların əks olunduğu fotoşəkillər 2013-cü ildə "İmpression's" adlı albomla Ədalət Əliyevi sevənləri ilə görüşdürdü. Bu albomda müxtəlif mövzulu şəkillər var, ancaq bu müxtəlifliyi birləşdirən bir məqam — işıqla zənginləşdirilən rəng aksenti var… 2013-cü ildə eyni adla təşkil olunmuş fotosərgisu böyük maraqla qarşılanıb. Bu sərgidə təqdim olunan fotolar bir — çox məşhur fotoqraflar tərəfindən yüksək qiymətləndirilir və sevilir.

O, xalq rəssamı Hüseyn Əliyevin yaradıcılığına göstərilən dəyərin təzahürü kimi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda-Birləşmiş Ərəb Əmirliklərində, Rusiya Federasiyasında, Monteneqroda və Polşa Respublikasında rəssamın əsərlərindən ibarət sərgilərin təşkilini də həyata keçirib.

Soyağacı

  • Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin nəvəsidir.
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmisi nəvəsidir.

Mükafatları, təltifləri və fəxri adları

  • 2003-cü ildə Azərbaycanda keçirilmiş Bədii Gimnastika üzrə Dünya Çempionatının təşkil olunmasında və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva, Beynəlxalq Bədii Gimnastika Federasiyasının prezidenti Egle Abruzini və Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri Əbülfəs Qarayev tərəfindən verilmiş diploma layiq görülüb.
  • "Azərbaycan Mədəniyyətinin Dostları" fondunun təşkil etdiyi tədbirlərdəki iştirakına görə isə fəxri diplomla təltif olunub.
  • Azərbaycanda dövlət quruculuğunda, ölkədə gedən ictimai-siyasi proseslərin gedişatındakı iştirakına görə 28 yanvar 2005-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.
  • 4 noyabr 2008-ci ildə televiziyanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunan "Tərəqqi" medalına layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ədalət Əliyev haqqında məlumat. Ədalət Əliyev nədir? Ədalət Əliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bağçılıq

  • Fevral 27, 2026

    Epimetey

  • Fevral 27, 2026

    Coldplay

  • Fevral 27, 2026

    Çad gölü

  • Fevral 27, 2026

    Dilqəm Nağıyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst