Əbu Səyyaf (ərəb. جماعة أبو سياف; Cama'ah Abu Sayyaf, Camaa Abu Sayyaf), həmçinin Əl-Hərəkətul-İslamiyyə kimi tanınan, Filippinin Mindanao və Basilan adalarında fəaliyyət göstərən bir neçə silahlı islami-terrorçu separatçı qruplardan biridir. Onun lideri İsnilon Tothoni Hapilion 2014-cü il iyulun 23-də İŞİD xilafəti Əbu Bəkr əl-Bağdadiyə beyət edib.
Tarixi
Əbu Səyyaf 1990-cı illərin əvvəllərində "əl-Qaidə"nin başçısı Usama ben Ladendən alınan vəsait hesabına yaranmışdır.
Fəaliyyəti
2004-cü ildə Əbu Səyyafın Filippində "Superferri-14" bərəsini partlatması ilə başlayan yanğın nəticəsində 200 nəfərdən artıq adam həlak olub. Bu hadisə Filippin tarixində ən irimiqyaslı terror aktı hesab olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əbu Səyyaf haqqında məlumat. Əbu Səyyaf nədir? Əbu Səyyaf nə deməkdir?