Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Harran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibələrini

Karr döyüşü

  • Ana Səhifə
  • Vikipediya
  • Karr döyüşü

Karr döyüşü — Mesopotamiyanın şimal-qərbində yerləşən qədim Karr(indiki Harran, Türkiyə) şəhərinin yaxınlığında e.ə 9 may 53-cü ildə Roma-Parfiya müharibələrinin ilk həlledici döyüşü baş verdi.

Karr döyüşü
Tarix 9 iyun e.ə. 53
Yeri
  • Harran[d]
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mark Krassın başçılığı altında 50 minlik Roma ordusu Parfiya hüdudlarına daxil oldu. 10 min döyüşçüsü olan İran-Parfiya sərkərdəsi Surena həlledici döyüşdən boyun qaçıraraq, düşməni ölkənin içərilərinə çəkmək və onu yoraraq məğlub etməyi düşünürdü. Bu geriyə çəkilmə vaxtı parfiyalılar Krassın oğlu Publinin başçılığı altında olan romalı süvarilərini darmadağın etdilər. Sonra isə, romalıların Karrdan cənubda olmağından, susuz səhrada uzun yol gəlməyindən və vəziyyətin dolaşıq olması səbəbi ilə ruhdan düşmələrindən istifadə edərək, əks-hucuma keçdilər. Romalıları hər iki cinahdan bağlayaraq və onların sıx döyüş səflərinə ox yağdıraraq, onları darmadağın etdilər. Romalıların yaxın döyüş cəhdləri nəticə vermədi. Parfiyalılar yaxın döyüşə girişməyərək və düşməni oxa tutaraq, geriyə çəkilirdilər. Əkshucuma 500 oxçu və 1300 suvari ilə gücləndirilmiş 8 koqorta piyada göndərən Krass bununla böyük səhvə yol verdi. O göndərdiyi korpusun əsas qüvvələrdən aralanmasına imkan verdi. Surena dərhal bundan istifadə etdi. Geriyə çəkilməni imitasiya edərək o düşmən korpusunu ardınca apardı və romalıların əsas qüvvələrdən xeyli uzaqlaşdığını görərək, onları mühasirəyə salıb məhv etdi. Parflar tərəfindən öldürülən Krassın mənəvi cəhətdən sarsılmış ordusunun qalıqları, Fərat çayının arxasına keçdilər. Roma ordusu Karr yaxınlığında 20 min ölü və 10 min əsir itki verdilər. Romalıların Karrda məğlubiyyəti Roma-Parfiya müharibəsində dönüş nöqtəsi oldu, təşəbbüs Parfiyanın əlinə keçdi.

    Karr yaxınlığındakı döyüş, müharibələr tarixində ilk hallardan biridir ki, az qüvvə və əkshucum nəticəsində düşmənin daha böyük qüvvəsini məğlub etmək mümkün oldu.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Karr döyüşü haqqında məlumat. Karr döyüşü nədir? Karr döyüşü nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Birdəliklilər

    • Fevral 25, 2026

      Uppsala

    • Mart 01, 2026

      Avstralaziya

    • Fevral 27, 2026

      Orli faciəsi

    • Fevral 23, 2026

      Atlas dağları

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst