Firuz ən-Nəhavəndi, bilinən adı ilə Əbu Lulu (ərəb. أبو لؤلؤة, fars. فیروز نهاوندی; Nahavənd, Həmədan ostanı və ya Kaşan, İsfahan ostanı – 3 noyabr 644, Mədinə və ya Kaşan, İsfahan ostanı) — Ömər ibn Xəttabı öldürən fars əsilli qul. Sasani ordusunda xidmət edən general olmuş, lakin 636-cı ildə Qadisiyyə döyüşündə Sasanilərin məğlubiyyəti nəticəsində əsir düşmüşdür.
| Əbu Lulu | |
|---|---|
| fars. پیروز نهاوندی | |
| |
| Doğum yeri | |
| Vəfat tarixi | 3 noyabr 644 |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | qanitirmə[d] |
| Fəaliyyəti | əsgər, sənətkar[d], dəmirçi, xarrat[d], qatil |
Firuz əsir alındıqdan sonra Muğirə ibn Şubeyə qul olaraq verilir. Firuz döyüş qabiliyyəti ilə yanaşı, mahir dülgər və sənətkar olmuşdur.
Ömər ibn Xəttabı öldürməsi
Əbu Lulu Ömərin yanına gələrək sahibi Muğirə ibn Şubenin ondan daha çox pul aldığını söyləyir və bunun azaldılmasını istəyir. Ömər nə etdiyini soruşduqda Firuz miniatürcü, dülgər və dəmirçi olduğunu bildirir. Onun peşəsini eşidən Ömər maaşının yüksək olmadığını deyir. Onun dülgər olduğunu öyrənən Ömər Firuzə dəyirman tikməyi tapşırır. Firuz Ömərə "Sənə elə dəyirman tikcəyəm ki, əfsanə olacaq" deyərək hədələyir.
Bir müddət sonra 644-cü ilin noyabrında Öməri öldürmək üçün səhər namazına Məscid ən-Nəbəviyə gedir və Ömərin namaz qılacağı mehrabın arxasındakı cərgədə dayanır. Ömər namaza imamlıq etməyə başlayanda, müxtəlif rəvayətlərə görə, xəncəri ilə Ömərə üç-beş zərbə vurur. O, qaçmağa çalışarkən daha 6, 9 və ya 13 nəfəri xəncərlə yaralayır. Qaça bilməyəcəyini anlayanda özünü xəncərlə yaralayaraq intihar edir. Bəzi tarixi mənbələr isə Əbu Lulunun Öməri öldürdüyünə görə tutularaq edam edildiyi bildirilir.
Məqbərə
Kaşandan Finsə gedən yolda Əbu Lulu türbəsi XI əsrə aid Xarəzmşah dövrü memarlıq üslubunda tikilib, həyətdən, eyvandan və firuzəyi kirəmitlərlə və boyalı tavanlarla bəzədilmiş konusvari günbəzdən ibarətdir. Binanın ilkin tarixi məlum deyil, lakin XIV əsrin ikinci yarısında tamamilə bərpa edilmiş və yerində yeni türbə tikilmişdir.
Bəzi Şiə alimlərinin Əbu Lulu haqqında dedikləri
- Əbu Lulu Ömərin yaxasından yapışdı və ona (xəncərlə) zərbə endirərək qarnını yırtdı! Sonra bir başa Əmirəl-Möminin Əlinin evinə getdi. Həmin vaxt evin yanında idi və onun gəlişini gözləyirdi. Əbu Lulu oraya yetişdikdə Əlinin əllərindən öpdü və hadisəni ona danışaraq buyurdu: “Ey mənim Ağam! Ya Əmirəl-Möminin! Kişini (Öməri) vurdum və onun qarnını yardım!” Bu vaxt Əli şiddətlə ağlayaraq buyurdu: “Ey kaş Fatimə sağ olaydı və bu sözləri eşidərdi!”
- "Mirzə Abdullah Əfəndi belə dedi: "Firuz möminlərin və cihad edənlərin böyük şəxslərindən olmuşdur, hətta İmam Əli tərəfdarlarının seçilmişlərindən sayılmışdır. Məlumdur ki, Əbu Lulu İmam Əlinin sadiq şiələrindən olmuşdur."
- “(Dördüncü) Əbu Lulu Nəhavəndi Firuz, Şuca’ud-Din ləqəbli. Sonra bil ki, bu Feyruz, Öməri öldürməkdə müvəffəq olan, möminlərin və cihad edənlərin böyük şəxslərindən olmuşdur, hətta İmam Əli (ə)nin seçilmiş tərəfdarlarından sayılmışdır.”
- “Firuz – Əbu Lulu– Şücauddin Nəhavəndi Mədəni, vəfat etmişdir... O, müsəlmanların böyüklərindən və İmamın (əleyhis-salam) səmimi səhabə və ardıcıllarından idi.”
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, əbu lulu sözünün mənası, əbu lulu haqqında məlumat. əbu lulu nədir? əbu lulu nə deməkdir?
