Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şokçu (ing. Shocker) — Marvel Comics tərəfindən yaradılan supercinayətkar personaj. Baş düşməni Hörümçək-adamdır. 2017-ci ildə MKK-ya daxil olan "Hörümçək-adam:

Şokçu (personaj)

  • Ana Səhifə
  • Vikipediya
  • Şokçu (personaj)

Şokçu (ing. Shocker) — Marvel Comics tərəfindən yaradılan supercinayətkar personaj. Baş düşməni Hörümçək-adamdır. 2017-ci ildə MKK-ya daxil olan "Hörümçək-adam: Evə qayıdış" filmində Bukem Vudbayn tərəfindən canlandırılmışdır.

Şokçu
ing. Shocker
Nəşriyyat ABŞ Marvel Comics
Yayım tarixi "The Amazing Spider-Man" #46 (mart, 1967)
Yaradıcı(lar) Sten Li
Con Romita
Xüsusiyyətlər
Əsl adı German Şults
Doğum yeri Nyu York
Cinsiyyəti kişi
Boyu 175 sm
Çəkisi 79 kq
Göz rəngi qəhvəyi
Saç rəngi qəhvəyi
Növü insan
Vətəndaşlıq
  •  ABŞ
Təhsili mühəndis təhsili
Komiks bioqrafiyası
Üzvlükləri Məşum altılıq
İldırımsaçanlar
Məşum sindikat
Muzdlu cinayətkarlar
Partnyorları Tarakan
Bumeranq
Düşmənləri Hörümçək-adam
Gücləri şok əlcəkləri vasitəsilə elektrik buraxmaq qabiliyyəti
Silahları şok əlcəkləri

Mündəricat

Nəşr olunma tarixi

Şokçu ilk dəfə 1967-ci ilin martında "The Amazing Spider-Man" komiksinin 46-cı buraxılışında peyda olmuşdur. Personajın yaradıcıları Sten Li və Con Romitadır.

"Thunderbolts" komiksinin 157-162 saylarında komandanı tərk edənədək görünmüşdür.

Bioqrafiya

"The Amazing Spider-Man" komiksinin 46-cı sayı (mart, 1967)

Əsl adı German Şultsdur. Nyu York şəhərində anadan olur. Orta məktəb təhsili alır və bununla yanaşı əla mühəndis və ixtiraçı bacarıqlarına yiyələnir. Qanunlara uyğun olaraq işləmək əvəzinə dünyanın ən yaxşı oğrusu və seyf qırıcısı olur. Nəhayət, polis tərəfindən tutulur və həbsə atılır. Həbsdə olduğu müddət ərzində özünə partlayış törədən xüsusi əlcəklər düzəldir.

Şults bu əlcəklərdən istifadə edərək həbsdən qaçır, Şokçu adını alaraq super cinayətkara çevrilir. Oğurluqla məşğul olarkən ilk dəfə Hörümçək-adam ilə qarşılaşır və onu məğlub edir. (Hörümçək-adam bu zaman əlverişsiz vəziyyətdə idi. Belə ki, Kərtənkələ ilə döyüşdə onun sol qolu burxulmuşdu) Daha sonra Hörümçək-adam Şokçunu bank soyarkən məğlub edir və həbsxanaya geri yollayır. Belə ki, döyüş zamanı Hörümçək-adam Şokçunun əlcəklərini baş barmağı ilə işə saldığını görmüş, baş barmağına tor ataraq ona qalib gəlmişdir.

Şokçu daha əvvəl Kinqpin tərəfindən oğurlanmış və üzərində gənclik formulunun yazılmış olduğu qədim daşı oğurlayır. O, daha sonra Yumurtabaşın Bəla Ustaları komandasına qoşulur. (Radioaktiv adam, Pələng köpəkbalığı, Munston və Böcəklə birlikdə) Komanda Qisasçıları öz malikanələrində məğlub edirlər. Şokçu nasist cinayətkar Baron van Lundt tərəfindən Dominik Fortunu və özünə şok alətləri düzəltmək üçün kirayələnir. Daha sonra Buqelemun və Çəkicbaş tərəfindən kirayələnərək Elektronu komandalarına qoşulmasına razı salmaq üçün göndərilir. Şokçu Nyu York Şəhər Kitabxanası üçün pul toplayan xeyriyyə fondunu soyur. Yenə Hörümçək-adam tərəfindən tutulur və həbsə atılır. Bumeranqla birlikdə həbsxanadan qaçır.

Hörümçək-adam ilə arasındakı düşmənçiliyi hələ davam edir. Müxtəlif vaxtlarda Hobqoblinin Məşum yeddilik, Norman Osbornun Məşum on ikilik, Doktor Səkkizayağın Məşum altılıq və Bəla Ustaları komandasına qoşulur və ya digər super cinayətkarlarla müttəfiq olur. Onun müttəfiq olduğu super cinayətkarlara Rayno, Hidro-adam, Bumeranq, Leyla Deyvis, Sürət şeytanı, Böcək (hamısı Məşum sindikat komandasının üzvləridir), Trapster, Constrictor aiddir. "İntiqam hərəkatı" zamanı super cinayətkarlarla birlikdə uğursuzluqla bitən Fantastik Dördlük hücumunda iştirak edir.

Sonsuzluq müharibəsinə kömək etmək məqsədi ilə Şokçu Doktor Osminoq birlikdə Qisasçılar iqamətgahına basqın edir. Bu zaman Qalaktikanın mühafizəçiləri ilə də döyüşməli olur.

Digər mediada

"Lego Marvel Super Heroes" oyununda Şokçu personajı.

Televiziya

Göründüyü animasiya serialları:

  • "Hörümçək-adam və onun heyranedici dostları" (1981)
  • "Hörümçək-adam" (1994)
  • "Möhtəşəm Hörümçək-adam" (2008)
  • "Mükəmməl Hörümçək-adam" (2012)

Video oyunlar

Göründüyü video oyunlar:

  • "Spider-Man/X-Men: Arcade's Revenge"
  • "Spider-Man Animated Series"
  • "Spider-Man 2: Enter Electro"
  • "Spider-Man"
  • "Spider-Man 2"
  • "Ultimate Spider-Man"
  • "Marvel: Ultimate Alliance"
  • "Spider-Man: Web of Shadows"
  • "Marvel: Ultimate Alliance 2"
  • "Spider-Man: Edge of Time"
  • "Marvel Heroes"
  • "Lego Marvel Super Heroes"
  • "Marvel: Avengers Alliance"
  • "The Amazing Spider-Man 2"

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şokçu (personaj) sözünün mənası, şokçu (personaj) haqqında məlumat. şokçu (personaj) nədir? şokçu (personaj) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 04, 2026

    Almalıq

  • Fevral 27, 2026

    Pyarnu

  • Mart 04, 2026

    Sərvər İbrahimov

  • Fevral 27, 2026

    Vitse-kral

  • Fevral 27, 2026

    İnşiqaq surəsi

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst