Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirəli Qulam oğlu Şirəliyev — sovet futbolçusu və məşqçisi. Azərbaycan SSR-nin əməkdar məşqçisi və "Əməkdar bədən tərbiyəçisi və idman xadimi". "Neftyanik" koma

Şirəli Şirəliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Şirəli Şirəliyev

Şirəli Qulam oğlu Şirəliyev — sovet futbolçusu və məşqçisi. Azərbaycan SSR-nin əməkdar məşqçisi və "Əməkdar bədən tərbiyəçisi və idman xadimi". "Neftyanik" komandasının məşqçisi (1949), baş məşqçisi (1951-1952, 1958) və rəisi (1952, 1957-1958). Azərbaycanın ilk futbol məşqçisi.

Şirəli Şirəliyev
Ümumi məlumatlar
Tam adı Şirəli Qulam oğlu Şirəliyev
Ləqəbi Pol Robson
Doğum tarixi 1912
Doğum yeri Salyan, Rusiya İmperiyası
Vəfat tarixi 1978 (65–66 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Karyerası
Klub karyerası
???? SSRİ Dinamo GOHM ? (?)
???? SSRİ Lokomotiv ? (?)
???? SSRİ Temp Bakı ? (?)
Məşqçisi olduğu klublar
1951—1952 SSRİ Neftyanik
1958 SSRİ Neftyanik
Təltif və medalları

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Həyatı

Şirəli Qulam oğlu Şirəliyev 1912-ci ildə Salyanda anadan olub. 12 yaşında ikən iş tapmaq məqsədi ilə Bakıya gəlmiş və Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində işə düzəlmişdir. Şirəli futbolu çox sevdiyi üçün fabrikdə işləməklə bərabər futbol komandası da yaratmışdı. O, fabrikdə əvvəlcə özü kimi gəncləri toplayıb, məşqlərə başlamışdır. Sonra onun komandası Bakı yarışlarında qüvvəsini sınamışdır. Onun oyunu futbol mütəxəssislərinin gözündən yayınmamışdı. Şirəlini Bakının "Dinamo GOHM", "Lokomotiv" komandalarına, sonra isə "Temp"ə dəvət etmişdilər. 30-cu illərin axırında o, “Temp”də Mirmehdi Ağayev, Vasili İkonnikov, Yevgeni Şaqarov və başqa adlı-sanlı futbolçularla oynamağa başlamışdı. 1939-cu ildə Şirəli Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdu.

Şirəliyev Böyük Vətən Müharibəsi başlayanda cəbhəyə yollanıb. Müharibə başa çatdıqdan sonra o, təhsilini davam etdirməklə yanaşı ""Neftyanik" cəmiyyətinin futbol məktəbində məşqçilik fəaliyyətinə də başlamışdı.

1949-cu ildə Şirəliyevi "Neftyanik" komandasına ikinci məşqçi kimi dəvət etmişdilər. Baş məşqçi isə komandada Viktor Paseviç idi.

1951-1952 və 1958-ci illərdə "Neftyanik" futbol komandasının baş məşqçisi, 1952, 1957-1958-ci illərdə isə rəisi kimi fəaliyyət göstərmişdir.

1962-ci ildə respublikada futbolun yaranmasının 50 illiyi münasibətilə keçirilən tədbirdə Şirəli Şirəliyevə Azərbaycan SSR-nin əməkdar məşqçisi adı verilmişdir. Həmin ildə, həmçinin, "Azərbaycan SSR-nin əməkdar məşqçisi bədən tərbiyəçisi və idman xadimi" adına layiq görülüb.

Şirəli Şirəliyev ömrünün sonunadək "Neftçi" cəmiyyətinin futbol məktəbində usta idmançılar hazırlanması işində çalışıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şirəli Şirəliyev haqqında məlumat. Şirəli Şirəliyev nədir? Şirəli Şirəliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azenkur döyüşü

  • Fevral 27, 2026

    Qızılın demonetizasiyası

  • Fevral 23, 2026

    Şeh

  • Mart 01, 2026

    Bərdə türbəsi

  • Fevral 27, 2026

    Cisim

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst