Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı,

Şirməmməd Hüseynov

  • Ana Səhifə
  • Vikipediya
  • Şirməmməd Hüseynov

Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru.

Şirməmməd Hüseynov
Doğum tarixi 17 dekabr 1924(1924-12-17)
Doğum yeri
  • Nuxa, Şəki qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 24 iyun 2019(2019-06-24) (94 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Uşaqları Fərəh Əliyeva
Lalə Hüseynova
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan SSR əməkdar jurnalisti" fəxri adı — 1988
"Şərəf" ordeni

Mündəricat

Həyatı

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945–1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962–1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961–1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti, 1976–1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri 1988-ci ildən isə BDU, mətbuat tarixi kafedrasının professoru olmuşdur.

24 iyun 2019-cu ildə Bakıda vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

Ailəsi

Şirməmməd Hüseynov, həyat yoldaşı Ülkər Hüseynova və Rəşad Məcid

Şirməmməd Hüseynovun böyük qızı Fərəh Əliyeva Mədəniyyət və İncəsənət Universitetinin rektoru, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib. Kiçik qızı Lalə Hüseynova Azərbaycan Milli Konservatoriyasının Elmi İşlər üzrə prorektorudur.

Siyasi fəaliyyəti

2000-ci il parlament seçkilərində Şirməmməd Hüseynov Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 15-ci sırada olmuşdur. Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Şirməmməd Hüseynov deputat seçilə bilməmişdir.

Mükafatları

  • 1948 — "Nizami təqaüdü"
  • 1966–1972: "Qızıl qələm" mükafatı
  • 1988 — "Əməkdar jurnalist" fəxri adı
  • 1991 — Zərdabi adına mükafat
  • 1992 — Y. Məmmədəliyev adına mükafat
  • 1998 — Məhəmməd Əmin Rəsulzadə adına mükafat
  • 2014 — "Şərəf" ordeni

Kitabları

  • Məhəmməd Əmin Rəsulzadə əsərləri (5 cild). Bakı, 1992–2018
  • Azərbaycan legionerləri. Bakı, 2003
  • Milli haqq və ədalət axtarışında. Bakı, 2004
  • Mənəvi irsimiz və gerçəklik. Bakı, 2004
  • Azərbaycan dilində ilk bolşevik nəşrləri. Bakı, 1987

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şirməmməd Hüseynov haqqında məlumat. Şirməmməd Hüseynov nədir? Şirməmməd Hüseynov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Hilal Nasiri

  • Fevral 27, 2026

    Burj

  • Fevral 27, 2026

    Doymuş yağlar

  • Fevral 27, 2026

    Steqanoqrafiya

  • Fevral 27, 2026

    Arxeopteriks

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst