Vosketap və ya Şirazlı — Ermənistanda (tarixi Vedibasar mahalının) Vedi rayonunda kənd.
| Kənd | |
| Şirazlı | |
|---|---|
| |
| 39°52′21″ şm. e. 44°39′16″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Vedi rayonu |
| Tarixi və coğrafiyası | |
| Əsası qoyulub | 1873 |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 840 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Şirazlı | |
Tarixi
Şirazlı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 5 km cənub-şərqdə, Vedi çayından axan arxın yanında yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Kənddə 1873-cü ildə 150 nəfər, 1886-cı ildə 235 nəfər, 1897-ci ildə 451 nəfər, 1904-cü ildə 229 nəfər, 1914-cü ildə 251 nəfər, 1916-cı ildə 480 nəfər azərbaycanlı yaşamışdır. 1918-1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuş, İran və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 216 nəfər azərbaycanlı, 114 nəfər erməni, 1926-cı ildə 243 nəfər azərbaycanlı, 130 erməni, 1931-ci ildə 256 nəfər azərbaycanlı, 182 nəfər erməni, 1972-ci ildə 2616 nəfər azərbaycanlı, 873 erməni, 1987-ci ildə 3000 nəfər yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən zorla qovulmuşlar. İndi ermənilər məskunlaşıb.
Toponim oğuzların şirazlı etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vosgetap qoyulmuşdur.
Əhalisi
11 may 1988-ci ildə Vedi rayonunun (Ararat) Şirazlı kəndində azərbaycanlılara dəyən ən ağır zərbə. 30-a qədər ev yandırıldı və dağıdıldı. 1 uşaq və 1 nəfər seyid bu toqquşmanın qurbanı oldu. Xeyli adam yaralandı.
Görkəmli şəxsiyyətləri
- Bəylər Əyyubov
- Səttar Səfərov (18 iyul 1937- 21 may 2011-ci il) - iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış (1995-ci il) və II çağırış (2000-ci il) deputatı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, şirazlı sözünün mənası, şirazlı haqqında məlumat. şirazlı nədir? şirazlı nə deməkdir?

