Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kriptoqrafiyada şifrləmə (ing. encryption) deyərkən məlumatın şifrlənməsi nəzərdə tutulur. Şifrli məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfind

Şifrləmə

  • Ana Səhifə
  • Vikipediya
  • Şifrləmə

Kriptoqrafiyada şifrləmə (ing. encryption) deyərkən məlumatın şifrlənməsi nəzərdə tutulur. Şifrli məlumat yalnız açıq mətni oxuma haqqı olan istifadəçi tərəfindən deşifr edilə bilər. Şifrləmə sözsüzki məlumat təhlükəsizliyinə təmamilə zəmanət vermir, amma onun icazəsiz istifadəsini dəfələrlə məhdudlaşdırır. Bu mətni deşifrləyib oxumaq üçün açar sözünü və şifrləmə alqoritmini bilmək lazımdır. Şifrlənəcək mətn açıq mətn adlanır, bu mətn şifrləmə açarından istifadə etməklə şifrləmə alqoritmi vasitəsilə şifrlənir. Alınan mətn şifrli mətn adlanır.

Bu məqalə şifrləmə alqoritmləri haqqındadır. Əgər siz ümumi kriptoqrafiya haqqında məlumat əldə etmək istəyirsinizsə Kriptoqrafiya məqaləsinə baxın.

Mündəricat

Şifrləmənin növləri

Simmetrik açar şifrləməsi

Həmçinin gizli açar şifrləmisi kimi tanınır. Simmetrik açar şifrləmə metodunda şifrləmə və deşifrləmə üçün istifadə olunan açar eyni olur. Buna görə də simmetrik şifrlənmə adlanır. Bu şifrləmədən istifadə etmək üçün əvvəlcə istifadəçilər öz aralarında istifadə edəcəkləri açarı razılaşdırmalıdırlar ki, daha sonra bunu istifadə edə bilsinlər.

Assimmetrik açar şifrlənməsi

Həmçinin açıq açar şifrlənməsi kimi tanınır (public key encryption). Bu şifrləmə metodunda açar açıqdır, yəni bilinir və hamı tərəfindən məlumatın şifrlənməsi üçün istifadə edilə bilir. Amma şifrli məlumatı yalnız buna icazəsi olan istifadəçilər deşifrləyə bilir. Bu metod digərinə görə yenidir, amma hər ikisinin geniş istifadə sahələri vardır.

Tətbiqləri

Şifrləmə əvvəllər də, günümüzdə də hərbi və dövlət təhlükəsizliyi işlərində istifadə edilir. Hal-hazırda məlumatın icazəsiz istifadəçilər tərəfindən oxuna bilməməsi üçün geniş istifadə olunur. Məsələn: Bir çox şirkətlər önəmli məlumatlarını şifrləyir. Bu şirkətin şəbəkəsinə hücum olduğu hallarda məlumatın bir pillə daha yuxarı təhlükəsizliyini təmin edir. Şəxsi məqsədlər üçün də şifrləmədən istifadə olunur. Bir çox linux əsaslı əməliyyat sistemləri istifadəçi direktoriyalarını şifrləməyi təklif edir.

Digər aktual sahə də aktiv olmayan məlumatların şifrlənməsidir. Məsələn: arxiv fayllarının, köhnə istifadəçi məlumatlarının oğurlanması və oxunabilən halda olması bu sahədə də şifrləmənin tətbiqinə gətirib çıxarıb. Artıq şifrləmə müəllif hüquqlarının qorunmasının bir yoluna çevrilib.

Məlumatın ötürülməsində şifrləmə çox geniş tətbiq olunur. Bütün məlumat ötürmə kanallarının açıq olması, kənar istifadəçilərin buradan keçən məlumatları oxuya bilməsinə şərait yaradır, bu kanallara bluetooth texnologiyası, telefon şəbəkələri, simli və ya simsiz şəbəkələr, telsiz şəbəkələr və s. aiddir. Buna görə də rəqəmsal aləmdə də məlumatın təhlükəsiz ötürülməsi üçün şifrləmə tətbiq edilir. Ümumilikdə deyə bilərik ki, şifrləmə şəbəkə təhlükəsizliyinin ayrılmaz bir hissəsidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şifrləmə haqqında məlumat. Şifrləmə nədir? Şifrləmə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Şelkunçik (balet)

  • Fevral 27, 2026

    QİÇS

  • Fevral 27, 2026

    Maliyyə qrupu

  • Fevral 27, 2026

    Tam ədəd

  • Fevral 27, 2026

    İvanovka

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst