Şelkov (çeç. Шелковски кӏошт) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Şelkovski kəndidir.
| Şelkov rayonu | |||||
|---|---|---|---|---|---|
| Шелковски кӏошт | |||||
| |||||
| |||||
| 43°30′32″ şm. e. 46°19′57″ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| İnzibati mərkəz | Şelkovski | ||||
| Tarixi və coğrafiyası | |||||
| Yaradılıb | 1923 | ||||
| Sahəsi |
| ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | 87136 | ||||
| Rəsmi sayt | |||||
![]() | |||||
![]() | |||||
Coğrafiya
Rayon Çeçenistan Respublikasının şimal-şərq hissəsində yerləşir. Çeçenistanın Qroznı, Qudermes (cənubda Terek çayı boyunca) və Naursi (qərbdə) rayonları, eləcə də Dağıstanın Xasavyurt, Babayurd, Qızılyar, Tarumov və Noqay rayonları ilə həmsərhəddir.
Sahəsi 2994.12 km² (Çeçenistanın ən böyük rayonudur), uzunluğu şimaldan cənuba 60 km, qərbdən şərqə 75 km-dir. Neft və tikinti materialları hasil olunan yataqlara sahibdir.
Tarix
Rayon yaranmazdan əvvəl onun ərazisi Terek vilayətinin Kizlyar bölməsinin bir hissəsi olmuşdur. 1921-ci ilin əvvəllərində Terek quberniyasının təşkili ilə ərazi Kizlyar qəzasının tərkibinə daxil edilir. 16 noyabr 1922-ci ildə Qəzəıyar vilayətinin bir hissəsi Qızılyar dairəsiolaraq Dağıstan SSR tərkibinə daxil edilir. Ancaq Şelkovski rayonunun ərazisi isə bir qədər sonra 4 yanvar 1923-cü ildə Dağıstana birləşdirilir. Terek vilayətinin Qızılyar mahalı 13 fevral 1924-cü ildə rəsmi olaraq fəaliyyətini ləğv edildi. Qızılyar rayonunun yenidən vilayətə qaytarılmasının mümkünlüyü məsələsinə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 14 yanvar 1924-cü il tarixli qərarı xitam verildi və Dağıstan MSSR-na verilmiş ərazilər onun tərkibində qaldı. Şelkovski rayonu inzibati vahid kimi 1925-ci ildə artıq mövcud idi. 1928-1929-cu illərdə Şelkovski rayonu Dağıstan MSSR-nin kantonlarından biri olaraq mövcudluğunu qoruyurdu.
1938-1944-cü illərdə yeni yaradılmış Stavropol diyarının Qızılyar mahalının rayonlarından biri olmuşdur (1943-cü ilə qədər Orconikidze diyarı).
1944-1957-ci illərdə isə Qroznı vilayətinin bir hissəsi idi.
9 yanvar 1957-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin "Çeçen-İnquş MSSR-nın RSFSR tərkib hissəsi kimi bərpası haqqında" və RSFSR Ali Soveti Rəyasət Heyətinin 721-4 nömrəli "Çeçen-İnquş MSSR-nın bərpası və Qroznı vilayətinin ləğvi haqqında" əmri ilə Çeçen-İnquş MSSR bərpa edildi. Üstəlik o dövrdə mütləq əksəriyyəti ruslardan ibarət olan və heç vaxt ÇİMSSR tərkibinə daxil olmayan Naurski və Şelkov rayonlarının ərazisi Çeçen-İnquş Muxtar Nəticədə ərazi itkiləri üçün bir növ "kompensasiya" olaraq əvvəllər Stavropol diyarına aid olan Naurski, Karqalinski və Şelkovski rayonları Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına verildi. 1957-ci ildən 1991-ci ilə qədər Şelkovski rayonu Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının tərkibində idi. 1991-ci ilin dekabrından bu günə qədər rayon Çeçenistan Respublikasının tərkibində olmuşdur.
Əhali
Bölgə əhalisinin etnik tərkibi:
| 1989 | 2002 | 2010 | |
|---|---|---|---|
| Ümumi əhali | 45 011 | 50 233 | 53 548 |
| çeçenlər | 16 876 (37,5 %) | 37 714 (75,1 %) | 43 459 (81,16 %) |
| noqaylar | 6 620 (14,7 %) | 3 504 (7,0 %) | 3 268 (6,10 %) |
| ruslar | 14 180 (31,5 %) | 3 992 (7,9 %) | 2 901 (5,42 %) |
| qumuqlar | 1 791 (4,0 %) | 1 702 (3,4 %) | 1 640 (3,06 %) |
| tatarlar | 643 (1,3 %) | 760 (1,42 %) | |
| avarlar | 1 866 (4,1 %) | 1 538 (3,1 %) | 639 (1,19 %) |
| darginlər | 583 (1,2 %) | 233 (0,44 %) | |
| ləzgilər | 25 (<0,1 %) | 131 (0,24 %) | |
| ukraynalılar | 276 (0,6 %) | 55 (0,1 %) | 24 (0,04 %) |
| ermənilər | 46 (0,1 %) | 27 (0,1 %) | 21 (0,04 %) |
| inquşlar | 117 (0,3 %) | 36 (0,1 %) | 12 (0,02 %) |
| digərləri | 3 239 (7,2 %) | 414 (0,8 %) | 460 (0,86 %) |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şelkovski rayonu haqqında məlumat. Şelkovski rayonu nədir? Şelkovski rayonu nə deməkdir?
