Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan

Şamxor mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Şamxor mahalı

Şamxor mahalı — Gəncə xanlığının mahallarından biri.

Mahal
Şamxor mahalı
1747—1822
Daxildir Gəncə xanlığı
İnzibati mərkəz Dəllər
Naiblər Mərdan bəy
Zaman bəy
Rüstəm bəy
Hacı İbrahim bəy
Əli bəy
Gəncə xanlığının ərazisi (1801-1813)
Gəncə xanlığının ərazisi (1801-1813)

Mündəricat

Mahal haqqında qısa bilgi

  • Sahəsi —
  • Əhalisi —
  • Yaranması — 1747-ci il
  • Mərkəzi — Dəllər kəndi
  • Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı.

Mahalın tarixi

Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi. Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır. 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir. 1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir; 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı; 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı; 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrumlar mahalı Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir mahal-Dağlıq mahalı yaradılmışdır.

Mahalın oba və kəndləri

Şamxor mahalı 1804-cü ildə

# Kəndlər Kişilər Qadınlar Qeydlər
1 Dəllər 43 74
2 Qapanlı 11 20
3 Keçili 45 82
4 Alabaşlı 29 50
5 Seyfəli 42 85

Şamxor mahalının naibləri

Titul Adı Başlanığıcı Sonu
Naib Mərdan bəy Dəllər 1747 1761
Naib Zaman bəy Dəllər 1761 1777
Naib Rüstəm bəy Dəllər 1777 1784
Naib Hacı İbrahim bəy Dəllər 1784 1810
Naib Əli bəy Dəllər 1810 1822

Həmçinin bax

  • Gəncə xanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şamxor mahalı haqqında məlumat. Şamxor mahalı nədir? Şamxor mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ermənistan bayrağı

  • Mart 01, 2026

    Ramin Bayramlı

  • Fevral 27, 2026

    Hinqar

  • Fevral 24, 2026

    Reformasiya

  • Fevral 28, 2026

    Fətulla Rzabəyli

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst