Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yelizavetpol dairəsi (1804-1840) — Rusiya imperiyası Qafqaz canişinliyinə aid inzibati ərazi vahidi.

Yelizavetpol dairəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Yelizavetpol dairəsi

Yelizavetpol dairəsi (1804-1840) — Rusiya imperiyası Qafqaz canişinliyinə aid inzibati ərazi vahidi.

Yelizavetpol dairəsi
İnzibati mərkəz Gəncə
Tarixi və coğrafiyası
Yaradılıb 1804
Ləğv edilib 1840
Yelizavetpol dairəsi xəritədə

Gəncə xanlığı 1804-cü ilin yanvarında işğal edildi və şəhərin adı dəyişdirilərək "Yelizavetpol", xanlığın torpaqları isə "Yelizavetpol dairəsi" adlandırıldı. Şamxor da Yelizavetpol dairəsinə daxil edildi. Dairə altı mahala (Qorsk, Şamxor mahalı, Kürəkbasan mahalı, Gəncəbasan, Samux mahalı, Ayrım mahalı) bölünürdü.

Araşdırmalar nəticəsində "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təxmini ərazilərdə 1727-ci ildə 12 mahal: Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan, Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272). Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə yalnız bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri, s.29-272).

Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibati bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürənbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır (ЦГИААР. Фонд 24. оп 1. д.10, в. 9-15).

1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir (ЦГИААР. Gəncə. 1817 в. 1-267).

1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir:

  • 1) Dağlıq mahalı–dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir;
  • 2) Şəmşəddil distansiyası ilə sərhəddə olub, Şamxor çayının hər iki sahilində yerləşən Şamxor mahalı;
  • 3) Qarabağ əyaləti ilə həmsərhəd olub, Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı;
  • 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasan mahalı;
  • 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux mahalı;
  • 6) Bütün dairəyə səpələnmiş, köçəriliklə məşğul olan Ayrımlar mahalı (Обозрение…ч. ЫЫ, с.355-356.). Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə, yeni bir mahal—Dağlıq mahalı yaradılmışdır.

1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi.

Həmçinin bax

  • Gəncə xanlığı
  • Yelizavetpol qəzası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yelizavetpol dairəsi haqqında məlumat. Yelizavetpol dairəsi nədir? Yelizavetpol dairəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İşğal

  • Fevral 27, 2026

    48 (ədəd)

  • Fevral 27, 2026

    1905-ci il

  • Fevral 27, 2026

    Viruslar

  • Fevral 27, 2026

    Şvabiya (dairə)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst