Misir gerbi — Afrika ölkəsi olan Misir tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerb Səlahəddin Əyyubi dövründən qalmış və heraldika baxımından sağa baxan qartaldan ibarətdir. Səlahəddin Əyyubi qartalı və ya Ərəb qartalı da adlandırılan qartal, qanadları açıq vəziyyətdə olub və qanadlar ağ və qızılı sarı rəngə sahibdir. Qartalın orta hissəsində qalxanda şaquli vəziyyətdə Misir bayrağı yerləşir və bayraqdakı gerb bu hissədə yerləşdirilməmişdir. Qartalın pəncələri ilə tutulan şüar hissəsində isə ərəb dilində ölkənin adı جمهوريّة مصرالعربيّة / Cümhuriyyət Misir əl-ərəbiyyə (Azərbaycanca: Misir Ərəb Respublikası) yazılmışdır.
| Misir gerbi | |
|---|---|
| ərəb. جمهوريّة مصرالعربيّة/Cümhuriyyət Misir əl-ərəbiyyə | |
| |
| Detallar | |
| Armiger | Misir Ərəb Respublikası |
| Təsis edilib | 4 oktyabr 1984 |
| Təsdiq edilib | 4 oktyabr 1984 |
| Şüar | Cümhuriyyət Misir əl-ərəbiyyə |
Qalereya
Misir sultanlığı
1914–1922
Misir Krallığı
1923–1953
Misir Respublikası
1953–1958
Birləşmiş Ərəb Respublikası
1958–1971
Ərəb Respublikaları Federasiyasında olan Misir Ərəb Respublikası gerbi
1972–1977 ve
1977–1984
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Misir gerbi haqqında məlumat. Misir gerbi nədir? Misir gerbi nə deməkdir?
