İtitala — Azərbaycan Respublikasının Balakən rayonunun İtitala kənd inzibati ərazi dairəsində kənd.
| İtitala | |
|---|---|
| 41°34′41″ şm. e. 46°21′38″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() İtitala | |
Tarixi
Katex çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Kəndə belə ad onun yerləşdiyi talanın iti bucağa oxşamasına görə verilmişdir. Yaşayış məntəqəsi 1863-cü ildə hazırda inzibati-ərazi bölgüsünə əsasən Zaqatala rayonuna daxil olan Əliabad yaşayış məntəqəsindən bura köçmüş ailələr tərəfindən salınmışdır..
Əhalisi
1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 2.324 nəfərdir. Qeyri-rəsmi məlumatlara əsasən kənd əhalisinin əksəriyyətini ingiloylar təşkil edir.
Din
Kənddə İtitala kənd məscidi dini icması fəaliyyət göstərir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇titala sözünün mənası, i̇titala haqqında məlumat. i̇titala nədir? i̇titala nə deməkdir?
