Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qard

İtaliya bulqarları

  • Ana Səhifə
  • Vikipediya
  • İtaliya bulqarları

İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi.

Ümumi məlumat

Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar. Məsələn:

  • Kantalupo del Sannio - İserniya bölgəsində yerləşən şəhər. Xan-Teleped söz birləşməsindən "Xanın məskəni" mənasına gəldiyi düşünülür.
  • Selle di Bulqeria - İtalyanın Salerno bölgəsində şəhər. Şəhərin adı birbaşa "Bulqar kəndi" deyə tərcümə olunur. Bulqarlar bu torpaqlara daha sonra gəlmişlər və Minqardo çayı ətrafında məskən salaraq bütün Kampaniya zonasına yayılmışlar.
  • Bundan əlavə İtaliyada 700dən çox bulqarmənşəli toponimə rast gəlmək mümkündür.
  • "Can" (Xan) və "Cara" (Qara) sözü tərkibi olan bir çox yer və insan adı bulqarmənşəli hesab olunur: Carasco (Genuyada yerləşir), Caramagna, Carasone və Caraglio (Kuneoda yerləşir), Caragna (Savonada yerləşir), Caranza (Liquriyada yerləşir), Carate (Milanda yerləşir), Caranero (Komoda yerləşir), Carata (Novarada yerləşir), Caravate (Varesedə yerləşir), Caravonica (İmperiada yerləşir).

Bulqarlar İtaliyaya köçəndən sonra atla basdırılma ənənəsi davam etdirmişlər. Boyano yaxınlığındakı Viçenne-Kampoçiaro arxeolojik qazıntısında 130dan çox qəbir aşkarlanmış, bunların 13ündə atları ilə birlikdə basdırılan şəxslər aşkar olunmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇taliya bulqarları sözünün mənası, i̇taliya bulqarları haqqında məlumat. i̇taliya bulqarları nədir? i̇taliya bulqarları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    İqtisadi möcüzə

  • Fevral 27, 2026

    Feyzabad (Əfqanıstan)

  • Fevral 27, 2026

    Döyüş

  • Mart 06, 2026

    Orxan Sadıqlı

  • Fevral 27, 2026

    Ramazan Xəlilov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst