İbrahimov İsrafil Əliəkbər oğlu — siyasətçi. Qazax qəzasının 3-cü sahə polis Pristavı xalq maarif komissarının müavini
| İsrafil İbrahimov | |
|---|---|
| 1921 – 1922 | |
| Komissar | Mircəfər Bağırov |
| Əvvəlki | İbrahim Əbilov |
| Sonrakı | Əli bəy Bəylərbəyov |
Həyat
1897-ci ildə İrəvan quberniyası, Sürməli qəzasının Qaraqoyunlu kəndində anadan olmuşdu. 1918-ci ildən Hümmət Partiyasının üzvü olmuşdu.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qazax şəhərinin polis pristavlığında 3-cü sahənin pristavı və Ağstafada Poylu (Saloğlu) stansiyasının polis pristavı vəzifəsində xidmət etmişdi.
Sovet hakimiyyəti qurulduqda Azərbaycan Kommunist (bolşeviklər) Partiyasına daxil olmuşdu. 1921–1923-cü illərdə XDİK-in müavini, eyni zamanda Baş Milis İdarəsinin rəisi, 1925–1926-cı illərdə XDİK Kollegiyasının üzvü və eyni zamanda İslah Əmək Müəssisələri Baş idarəsinin rəisi olmuş, sonrakı illərdə Azərbaycan SSR XKS-də və Naxçıvan MİK-də məsul vəzifələrdə çalışmış, Şamaxı rayonu İcraiyə Komitəsinin sədri işləmişdi.
İsrafil İbrahimov otuzuncu illərdə repressiyanın qurbanı olmuşdu. 1937-ci ildə "Şamaxı işi" üzrə Həmid Sultanovla günahkar bilinərək həbs olunmuş və 1938-ci il yanvarın 20-dən 21-nə keçən gecə Azərbaycan SSR xalq daxili işlər komissarı vəzifəsini icra edən T.M. Borşovun (1901–1956) əmri ilə 41 yaşında güllələnmişdi
İ. İbrahimov o gecə güllələnən 7 nəfərin sırasında sayca 3-cü idi. 1-ci isə Azərbaycan SSR-in ilk xalq daxili işlər komissarı Həmid Sultanov (1889–1938) güllələnmişdi.
Ailəsi
İsrafil İbrahimovun Validə və Nəzakət adlı qızları vardı. Onlar 80-ci illərin ortalarınadək Bakıda yaşayırdılar.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsrafil İbrahimov haqqında məlumat. İsrafil İbrahimov nədir? İsrafil İbrahimov nə deməkdir?