Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmayıl Qaspıralı (krımtat. اسماعیل غصپرینسکی, İsmail Gaspıralı; 8 (20) mart 1851, Avcıköy[d], Tavriya quberniyası[d] – 11 (24) sentyabr 1914, Bağçasaray, Tavri

İsmayıl Qaspıralı

  • Ana Səhifə
  • Vikipediya
  • İsmayıl Qaspıralı

İsmayıl Qaspıralı (krımtat. اسماعیل غصپرینسکی, İsmail Gaspıralı; 8 (20) mart 1851, Avcıköy[d], Tavriya quberniyası[d] – 11 (24) sentyabr 1914, Bağçasaray, Tavriya quberniyası[d]) — əslən Krım tatarı olan pedaqoq, naşir və siyasətçi. Qaspıralı Rus İmperiyasında türk və islam cəmiyyətlərinin təhsil, mədəniyyət islahatı və müasirləşməyə ehtiyacı olduğunun fərqinə varan ilk müsəlman ziyalılarındandır. Soyadı Krımdakı Qaspra şəhərinin adındandır.

İsmayıl Qaspıralı
krımtat. İsmail Mustafa oğlu Gaspıralı
Doğum tarixi 8 (20) mart 1851(1851-03-20)
Doğum yeri
  • Avcıköy[d], Yalta qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 11 (24) sentyabr 1914(1914-09-24) (63 yaşında)
Vəfat yeri
  • Bağçasaray, Simferopol qəzası[d], Tavriya quberniyası[d], Rusiya imperiyası
Dəfn yeri
  • Zincirli mədrəsə
Həyat yoldaşı
  • Zöhrə Akçurina
Uşaqları
  • Rüfət Qaspıralı,
  • Şəfiqə Qaspıralı,
  • Nigar Rəfioğlu[d],
  • Mansur Cövdət Qaspıralı[d],
  • Heydər Qaspıralı[d]
İş yerləri
  • Zincirli mədrəsə (1868–1871),
  • Tərcüman (qəzet) (1883–1914)
Təhsili
  • Sorbonne Paris Universiteti,
  • İkinci Moskva kadet korpusu[d]
Mükafatları 3-cü dərəcəli "Şiri-Xurşid" ordeni 4-cü dərəcəli "Şiri-Xurşid" ordeni 4-cü dərəcəli "Məcidiyyə" ordeni Order of noble Bukhara
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov. Bakı, 1894

Qaspıralı düşüncələrini 1883-cü ildə qurduğu və 1918-ci ilə qədər varlığını davam etdirən "Tərcüman" adlı qəzeti ilə yaymışdır. Nəşrlərində türk xalqlarını birlik və həmrəyliyə çağırırdı. O, indi də öz aktuallığını qoruyub saxlayan "Dildə, fikirdə, işdə birlik!" şüarı ilə türk xalqları arasındakı birliyin əsas istiqamətlərini müəyyənləşdirmişdir.

Qaspıralı müasirləşmənin Avropalılaşma olduğunu müdafiə edirdi. Müasirləşmənin tək yolunun təhsil olduğuna inanırdı. O, İslam məktəblərindəki əsasən dinə əsaslanan təhsil sistemini tənqid edərək, uşaqların ana dillərini daha yaxşı mənimsəmələrini təmin edəcək yeni bir təhsil sistemi təklif etdi. Buna uyğun olaraq yeni tədris planını təqdim etdi. 1881-ci il tarixli bir yazısında: Geri qalmışlığımızın tək səbəbi cəhalətimizdir. Avropada nəyin icad edildiyinə və ya nələr olduğuna dair heç bir fikrimiz yoxdur. Bu izolyasiyadan xilas olmaq üçün bunları oxuya bilməyimiz lazımdır; Avropa fikirlərini Avropa qaynaqlarından öyrənməliyik. İlk və orta məktəblərimizin tədris planlarına bu dərsləri qoymalıyıq ki, göz bəbəklərimiz, yəni şagirdlərimiz bu fikirlərə çata bilsin" deyərək düşüncələrini ortaya qoymuşdur.

İsmayıl bəy Qaspıralının cənazəsi evindən çıxarılarkən (Bağçasaray, 1914)

Qaspıralı qadınlar üçün "Aləmi-nisvan" (Qadınlar dünyası) adlı bir jurnal çıxarmış və bu jurnalı qızı Şəfiqə nəşrə hazırlamışdır. Uşaqlar üçün də "Aləmi-sıbyan" (Uşaqlar dünyası) adlı bir nəşr çıxarmışdır. Qaspıralı, İslam Birliyinin (İttifaqi-Müslimin) qurucularından biridir; 1907-də qurulan birlik Rus İmperiyasındakı müsəlman türk intellektualları birləşdirmişdir. Ayrıca ilk rus-müsəlman konqresinin təşkilatçılarından biri idi və Rusiyadakı müsəlmanlar üçün ictimai və dini islahatları ön plana çıxarmağı məqsəd qoymuşdu.

İlk müsəlman qadın hərəkatının lideri Şəfiqə Qasprinskayanın atasıdır.

Əsərləri

Qəzetlər

  • Tərcüman (Baxçasaray, 1883–1918)
  • Aləmi-nisvan (Baxçasaray, 1906–1910)
  • Aləmi-sıbyan (Baxçasaray, 1906–1912)
  • Al-Nahdah (Qahirə, 1908)
  • Xa! Xa! Xa! (Baxçasaray, 1906–1907)

Kitablar

  • Russkoe Musulmanstvo (Urıs İslam) Simferopol, 1881
  • Salname-i Türkü (Baxçasaray, 1882)
  • Mirat-ı Cədid (Baxçasaray, 1882)
  • Müəllim-i Subyan (Baxçasaray, 1884; 3. bas. 1892; 7. bas. 1898)
  • Avropa mədəniyyətinə bir nəzəri müvazinət (Baxçasaray, 1885)
  • Müsəlmanlara dair Nizamlar və İmtiyazlar (Baxçasaray, 1885)
  • Rusiya coğrafiyası (Baxçasaray, 1885)
  • İki Bahadır (Baxçasaray, 1886)
  • Qiraət-i Türkü (Baxçasaray, 1886; 2. bas. 1894)
  • Maişet müharibəsi (Baxçasaray, 1886)
  • Xolera vəbası və onun dərman və darısı (Baxçasaray, 1887)
  • Bəxtiyar Nəzm (Baxçasaray, 1889)
  • Atlaslı Dünyanamə (Baxçasaray, 1889)
  • Mədəniyyət-i Islamiye (Baxçasaray, 1889)
  • Garaib-i Adat-i Akvam (Baxçasaray, 1890)
  • Aslan Qız (Baxçasaray, 1894)
  • Məktəb və Üsul-i Cedid Nədir? (Baxçasaray, 1894)
  • Risalə-i Tərkib (Baxçasaray, 1894)
  • Russko-vostochnoe Soglashenie (Baxçasaray, 1896)
  • Hesab. Muhtasar Ilm-i Hesab və Mesail-i Hesabıya (Baxçasaray, 1897)
  • Hər gün Gərək Zakonlar (Baxçasaray, 1897)
  • Rəhbər-i İslamiyə (Baxçasaray, 1898)
  • Şarait al/götür-Islam (Baxçasaray, 1897)
  • Rəhbər-i Müəllimin (Müəllimlərə Yoldaş) (Baxçasaray, 1898)
  • Türkistan Üləması (Baxçasaray, 1900)
  • Mevlud-i Cənab-ı Həzrət-i Əli (Baxçasaray, 1900)
  • Bədən-i İnsan (Baxçasaray, 1901)
  • Iran. Şəkilli Məcmuə (Baxçasaray, 1901)
  • Mebadi-yi Temeddün-i Islamiyan-i Rus
  • Məşhur Payitahtlar (Baxçasaray, 1901)
  • Üsul-i Ədəb (Şərq və Qərb Qaidələri) (Baxçasaray, 1901)
  • Zorakı Təbib (Baxçasaray, 1901)
  • Məlumat-i Nafia (Baxçasaray, 1901)
  • Təshih-i Akaidden (Baxçasaray, 1901)
  • Temsilat-i Krilof (Baxçasaray, 1901)
  • Asiyada Qonşularımız (Baxçasaray, 1903)
  • Darı-l Rahat Müsəlmanları (Baxçasaray, 1906)
  • Müsəlman Konqressi (Baxçasaray, 1909)

Məqalələr

  • "Türk yurduçularına" (Türk Yurdu 1: 190–95, 1328 1912)
  • "Hind yolundan" (Türk Yurdu 1: 307–10, 1328, 1912)
  • "Hindistandan dönərkən" (Türk Yurdu 1: 369–71, 1328, 1912)
  • "Mühacirət müntəzəmə" (Türk Yurdu 1: 706–13, 1328, 1913)

İrsi

1993-cü ildə Türk Dünyası Araşdırmaları Vəqfinin sifarişi ilə onun həyatından bəhs edən Nurlu qəbirlər. Qaspralı İsmayıl bəy adlı qısametrajlı sənədli film çəkilmişdir.

Haqqında kitablar

  • Abid Tahirli. Bütün türklərin tərcümanı. Bakı: "Ozan", 2012.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsmayıl Qaspıralı haqqında məlumat. İsmayıl Qaspıralı nədir? İsmayıl Qaspıralı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qərbi Sibir

  • Fevral 27, 2026

    Sitroen

  • Fevral 24, 2026

    Sitozin

  • Fevral 27, 2026

    Reper

  • Fevral 27, 2026

    Korsika

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst