Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İskəndər Paşa (ö. 3 avqust 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

İskəndər Paşa

  • Ana Səhifə
  • Vikipediya
  • İskəndər Paşa

İskəndər Paşa (ö. 3 avqust 1571) — Sultan Süleyman Qanuni və II Səlim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

İskəndər Paşa
Misir bəylərbəyi
ƏvvəlkiDukakinzadə Mehmed Paşa
SonrakıSofu Əli Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 3 avqust 1571
Vəfat yeri Maqosa qalası, Osmanlı imperiyası
Dəfn yeri İskəndər Paşa külliyəsi, İstanbul
Fəaliyyəti siyasətçi
Uşağı Əhməd Paşa

Həyatı

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Əndəruna alınaraq təlim-tərbiyə edilmiş, ardından bostançıbaşı və qapıçıbaşı olaraq xidmət göstərmişdir. 1555-ci ildə yeniçəri ağası oldu, ardından vəzir rütbəsilə divana daxil oldu. 1556-cı ilin fevralında Misir bəylərbəyliyinə gətirildi və 1559-cu ilin aprelinədək bu vəzifədə qaldı. Ardından Budin, 1564-cü ildə isə Anadolu bəylərbəyi oldu. Sultan Süleyman Qanuninin son səfəri olan Ziqetvar səfəri əsnasında İstanbulda taxt naibi olaraq xidmət etdi.

Sultanın səfər əsnasında ölümünün ardından oğlu Sultan Səlim paytaxta gələnədək bu ölümü gizli saxladı. Bunun mükafatı olaraq yenidən divan vəzirliyinə gətirildi. Nəhayət, 15 may 1570-ci ildə çıxılan və Kipr adasının fəthi ilə nəticələnən səfərə qatıldı. Səfər əsnasında Maqosa qalasının fəthi ilə vəzifələndirildi və qalanın fəthindən 2 gün sonra 3 avqust 1571-ci ildə burada vəfat etdi.

İskəndər Paşa və oğlu Əhməd Paşanın məzarı, İskəndər Paşa türbəsi, İstanbul
İskəndər Paşa məscidi

Cənazəsi təcili şəkildə paytaxta gətirildi və vaxtilə İstanbulda Memar Sənana inşa etdirdiyi İskəndər Paşa məscidi yaxınlığındakı türbəsinə dəfn edildi. Oğlu Əhməd Paşa da vəzirliyə qədər yüksəlmiş, ölümünün ardından atasının yanına dəfn edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İskəndər Paşa haqqında məlumat. İskəndər Paşa nədir? İskəndər Paşa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kazım Qarabəkir

  • Fevral 25, 2026

    Panama kanalı

  • Fevral 27, 2026

    Gövhəri

  • Fevral 27, 2026

    Brahui dili

  • Mart 01, 2026

    Aclıq

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst