Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İskəndər (türk. İskender) — türk yazıçısı Elif Şafakın romanıdır. 2011-ci ilin iyul ayında "Doğan kitap" nəşriyyatında işıq üzü görüb. Orijinal versiyası ingili

İskəndər (roman)

  • Ana Səhifə
  • Vikipediya
  • İskəndər (roman)

İskəndər (türk. İskender) — türk yazıçısı Elif Şafakın romanıdır. 2011-ci ilin iyul ayında "Doğan kitap" nəşriyyatında işıq üzü görüb. Orijinal versiyası ingiliscə olan romanı türk dilinə Omca Korugan tərcümə edib. Elif yaradıcılığına xas olan sufilik əlamətləri bu romanda da özünü göstərir.

İskəndər
türk. İskender
Müəllif Əlif Şəfəq
Orijinalın dili ingilis dili, türk dili
Orijinalın nəşr ili 22 iyul 2011

Romanda hadisələr əsərin adını aldığı anti-qəhrəman İskəndər ətrafında cərəyan edir. Süjet olaraq əsər Londona köçmüş türk-kürd əsilli bir ailənin timsalında köçkün həyatı yaşayan insanların hekayəsindən bəhs edir. Kitab bazarına çıxdığı vaxtdan üz qabığı ilə bağlı müxtəlif rəylər söylənilən romanın hətta plagiat olması da iddia edilir.

Romanın yazılması və nəşri

Yazıçı romanı yazmağa İstanbulda olarkən başlamış və Londonda davam etmişdi. Əsər bir il yarıma ərsəyə gəlib. İngiliscə yazılan "İskəndər" Omca Korugan tərəfindən türk dilinə çevrilsə də, Şafak türkcə tərcüməni alıb yenidən yazdı. Kitabın üz qabığında Şafakın özü İskəndər obrazı olaraq yer almışdır. Kitab Uğurcan Ataoğlu tərəfindən dizayn edilib.

Romanın 2011-ci il 1 avqust tarixində satışa çıxacağı gözlənilirdi. Lakin ilk olaraq 200 min tirajla çıxarılan kitab hələ mətbəədə ikən kitab dükanlarından 165 min sifariş aldı. Bu səbəbdən nəşriyyat kitabı planlaşdırılan tarixdən əvvəl satışa çıxardı.

Romanın mövzusu

Elif Şafakın "İskəndər" romanı Fərat çayı sahillərindəki bir kürd kəndində yaşayan, sonra isə Londona qədər gedib çıxan kürd-türk əsilli bir ailənin faciəsini təsvir edir. Roman İskəndərin bacısı Əsmanın dilindən söylənən bir hekayə olaraq yazılıb. Əsərdə 11 əsas obrazın iştirakı ilə baş verən faciə — İskəndərin öz anasını qətlə yetirməsi başgicəlləndirici bir şəkildə təsvir edilmişdir. Romanın bölmələri ayrı-ayrı qəhrəmanların adları ilə adlandırılmaqla hadisələrin inkişafı addım-addım onların dilindən söylənir və bu üslub həmin qəhrəmanların xarakterlərinin açılmasına yardım etmiş olur.

Roman sirlərlə doludur. Və romanın hər bölməsində bir sirrin açılması ilə yeni sirlərin ortaya çıxması oxucunu daima gərgin maraq içərisində saxlayır. Əsər dünya, həyat, cəmiyyət, eşq, ailə, mənəvi dəyərlər haqqında fəlsəfi deyimlərlə, aforizm səviyyəsində söylənilmiş fikirlərlə zəngindir.

Şafakın romanda nəzərə çatdırdığı mövzulardan biri qadına qarşı şiddətdir.

Romanı azərbaycan dilinə tərcümə edən Hunay Sadaydır.

  1. https://teis.yesevi.edu.tr/madde-detay/elif-safak.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İskəndər (roman) haqqında məlumat. İskəndər (roman) nədir? İskəndər (roman) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İosif Brodski

  • Fevral 27, 2026

    Tomas Kid

  • Fevral 27, 2026

    Andre Jid

  • Fevral 27, 2026

    Dövlətşah Xatun

  • Fevral 27, 2026

    Tülkü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst