Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İrvin Rouz – (16 iyul 1926[…], Bruklin, Nyu-York ştatı – 2 iyun 2015[…]) - amerikalı bioloq və biokimyaçı, 2004-cü ildə "Uvikvitinin zülal parçalanmasında vasit

İrvin Rouz

  • Ana Səhifə
  • Vikipediya
  • İrvin Rouz

İrvin Rouz – (16 iyul 1926[…], Bruklin, Nyu-York ştatı – 2 iyun 2015[…]) - amerikalı bioloq və biokimyaçı, 2004-cü ildə "Uvikvitinin zülal parçalanmasında vasitəçilik etməsini kəşf etdiklərinə görə" Avram Herşko ilə birlikdə kimya üzrə Nobel mükafatı laureatı  adına layiq görülüb.

İrvin Rouz
ing. Irwin A. Rose
Doğum tarixi 16 iyul 1926(1926-07-16)[…]
Doğum yeri
  • Bruklin, Nyu-York, Nyu-York ştatı, ABŞ
Vəfat tarixi 2 iyun 2015(2015-06-02)[…] (88 yaşında)
Elm sahəsi biologiya
İş yerləri
  • İrvayn Kaliforniya Universiteti,
  • Çikaqo Universiteti
Təhsili
  • Çikaqo Universiteti,
  • Nyu-York Universiteti
Üzvlüyü
  • ABŞ Milli Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları Kimya üzrə "Nobel" mükafatı — 2004
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ABŞ Milli Elmlər Akademiyasının üzvüdür (1979-cu ildən).

Mündəricat

Bioqrafiyası və elmi işi

1926-cı ilin 16 iyulunda  parket ustası Harry Royze (əslən Odessadandır) və Macarıstandan olan mühacirlərin qızı Ella Qrinvaldın yəhudi ailəsində anadan olmuşdur. 13 yaşına qədər o, Bruklin 134 saylı orta məktəbində oxumuş və bazar günlərində isə yəhudi məktəbini ziyarət etmişdir. 1939-cu ildə ailəsi ilə birlikdə Spokane şəhərinə köçmüşdürlər.

O, Vaşinqton Universitetində oxumuş, 1948-ci ildə isə oranı bitirmişdir (İkinci Dünya müharibəsi zamanı hərbi xidmətə gedərək təhsilinə fasilə vermişdir). Qayıtdıqdan sonra 1952-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmişdir.

İ.Rouz Filadelfiyadakı Foks Çeys Xərçəng Mərkəzində proteazomda hüceyrə zülalının parçalanması sistemində uvikvitinin rolunu kəşf edən bir qrupa rəhbərlik etmişdir. Bu kəşfə görə o, Aaron Çexanover və Avram Herşko ilə bərabər 2004-cü ildə kimya üzrə Nobel mükafatını almışdır.

İrvin Rouz Kaliforniya Universitetinin Tibb Kollecinin fəxri professoru olmuşdur.

Ailəsi haqqında

Həyat yoldaşı (1955-ci ildən) - biokimyaçı Zelda Budenstayn Rouz, PhD (fəlsəfə doktoru) və dörd uşaq sahibi olmuşdur.

Əsas nəşrləri

  • Hershko, A., Ciechanover, A. və Rose, I.A. (1979) "Retikulositlərdən ATP asılı proteolitik sistemin həlli: ATP ilə qarşılıqlı əlaqədə olan bir komponent". Proc. Natl. akad. Sci. ABŞ 76, səh. 3107-3110.
  • Hershko, A., Ciechanover, A., Heller, H., Haas, A.L. və Rose I.A. (1980) "Zülalların parçalanmasında ATP-nin təklif olunan rolu: ATP-dən asılı proteolizin polipeptidinin çoxsaylı zəncirləri ilə zülalların konjuqasiyası". Proc. Natl. akad. Sci. ABŞ 77, səh. 1783—1786.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İrvin Rouz haqqında məlumat. İrvin Rouz nədir? İrvin Rouz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Praporşik

  • Fevral 25, 2026

    Archaeplastida

  • Fevral 27, 2026

    Marışlı

  • Fevral 27, 2026

    Elmlər namizədi

  • Fevral 27, 2026

    Kuti dövləti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst