Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu.

İrane-nou

  • Ana Səhifə
  • Vikipediya
  • İrane-nou

"İrane-nou" (fars. ایران نو‎; Yeni İran) — Qacar İranında dərc olunmuş gündəlik qəzet.

İrane-nou
fars. ایران نو‎
Sahibi Demokrat Partiyası (Qacar)
Təsisçi
  • Məhəmməd Əmin Rəsulzadə
  • Seyid Həsən Tağızadə
Baş redaktor
  • Məhəmməd Əmin Rəsulzadə
Yaranma tarixi 23 avqust 1909
Dil fars dili
Nəşrini dayandırıb dekabr 1911
Baş ofis
  • Tehran
Ölkə
  •  Qacar dövləti

Mündəricat

Tarixi

1909-cu ilin avqustun 24-də fəaliyyətə başlayan gündəlik və müstəqil "İrane-nou" qəzeti 2–3 min nüsxə ilə İranın ən böyük qəzeti oldu.

Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə

Qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi. O, bu qəzet vasitəsilə İran Demokratik Firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azərbaycan türklərindən ibarət idi. Qəzetdə Məhəmməd Əmin Rəsulzadənin çoxlu məqalələri, şeir və publisistik yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalistika sənətinin əsasını qoymuşdur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın rus işğalından qurtulması və İranın Rusiyanın təsirindən uzaqlaşması ilə bağlı sərt yazılar yazırdı. Qəzetdə Məhəmməd Əmin Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. Sonralar Seyid Həsən Tağızadə, Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda belə yazmışdır:

" Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən Məhəmməd Əmin Rəsulzadə olmuşdur. "

1910-cu ilin yayında bağlansa da, elə həmin ilin payızında – oktyabrın 26-da artıq İran Demokrat Partiyasının orqanı kimi fəaliyyətini bərpa etdi. İran Demokrat Partiyasının orqanı kimi fəaliyyət göstərmiş bu qəzet Məşrutə inqilabının ikinci dövründə və məclisin ikinci dönəmində ən məşhur qəzet idi.

1911-ci ildə fəaliyyətini "İrane-novin" adı altında davam edən qəzetdə siyasi məsələlər daha kəskin verilirdi. Belə ki, bu mətbu orqan İranda olan əcnəbilərin pərdə arxası işlərinin üstünü açmağa nail olurdu. Hətta Sədr Haşiminin qeyd etdiyinə görə Tehranın Milli Məclis nümayəndələri öz nitqlərində bu qəzetdə dərc olunan yazılardan istifadə edirdilər.

Fəaliyyəti

Nəşr olunduğu dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet sayılmışdır.

Təzyiqlər

Qəzet adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları açıq göstərirdi. Buna görə də tez-tez nüfuzlu şəxslərin və digər qəzetlərin təzyiqinə məruz qalırdı. Səhifələrindən birində İvan Krılovun "Heyvanların konserti" təmsilinə iqtibas çap edən qəzet Sipəhdarın qəzəbinə tuş gəlmişdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇rane-nou sözünün mənası, i̇rane-nou haqqında məlumat. i̇rane-nou nədir? i̇rane-nou nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Noqay Orda

  • Fevral 27, 2026

    Babakişi Babaşov

  • Fevral 27, 2026

    Ev atı

  • Fevral 27, 2026

    Gövhər Sultan

  • Mart 03, 2026

    Buyinzəhra şəhristanı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst