Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfə

Gövhər Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Gövhər Sultan

Gövhər Sultan Bəyim Səfəvi (d. XVI əsrin I yarısı, Səfəvi imperiyası - ö. — 1577, Səfəvi imperiyası) - Səfəvi sülaləsindən olan şahzadə, I Təhmasibin qızı, Səfəvi sülaləsindən olan şahzadə İbrahim Mirzə Səfəvinin arvadı və II İsmayılın, Məhəmməd Xudabəndənin bacısı.

Gövhər Sultan Bəyim Səfəvi
Doğum tarixi XVI əsr
Doğum yeri Səfəvi imperiyası
Vəfat tarixi 1577
Vəfat yeri Səfəvi imperiyası
Vəfat səbəbi İntihar və ya xəstəlik
Dəfn yeri
  • İmam Rza türbəsi
Həyat yoldaşı İbrahim mirzə Cahi
Uşağı Gövhərşah Bəyim
Atası I Təhmasib
Anası Sultanum Bəyim
Dini Şiə İslam
Fəaliyyəti royalty[d]

Mündəricat

Həyatı

Səfəvi imperiyasının ikinci hökmdarı I Təhmasibin qızı olaraq dünyaya gəlmişdir. Onun anası qızılbaş tayfası Mosullulardan və ya Türkmanlardan olan sərkərdə İsa xan Mosullunun qızı Qədəmli Bəyim və ya digər adı ilə Sultanım Bəyimdir. Sultanım Bəyimin qardaşı, Gövhər Sultanın dayısı Musa Sultan Mosullu Səfəvi imperiyasının Azərbaycan bəylərbəyliyinin bəylərbəyi olmuşdur.

Gövhər Sultan Səfəvi 1560-cı ildə I İsmayılın nəvəsi və Bəhram Mirzə Səfəvinin oğlu İbrahim Mirzə Səfəvi ilə ailə həyatı qurmuşdur. İbrahim Mirzə o dönəmki şah olan I Təhmasibin sevimlilərindən biri idi. İbrahim Mirzə xüsusən dövrün incəsənət xadimlərinə etdiyi hamiliyi ilə məşhurdur. O, xüsusi emalatxana yaradaraq xüsusui əlyazmaları toplamış və ya yenidən yaratdırmışdır. Həmçinin İbrahim Mirzə fars və Azərbaycan türkcəsində şeirlər də yazmışdır. Onun 3 min beytlik divanı dövrümüzə qədər gəlib çatmışdır. Bir sıra mühüm vəzifələrdə çalışan İbrahim Mirzə Səfəvi II İsmayılın şah olmasından sonra onun tərəfindən şahın möhrdarı təyin edildi. Lakin 6 ay sonra paytaxt Qəzvində bir digər Səfəvi şahzadəsi ilə birlikdə şahın əmri ilə qətlə yetirildi. Bu II İsmayılın öz qohumlarına qarşı başlatdığı repressiyanın tərkib hissəsi idi.

Həyat yoldaşının öldürülməsindən sonra Gövhər Sultanın psixoloji vəziyyəti pisləşdi. Hətta onun qardaşına qəzəbləndiyi üçün həyat yoldaşının vaxtilə topladığı qiymətli incəsənət nümunələrini yandırdığı da bildirilir. Belə ki, o, çini qabları sındırmış, əlyazmaları yandırmış, hətta İbrahim Mirzənin ona evlilik hədiyyəsi kimi verdiyi və Kəmaləddin Behzad tərəfindən çəkilmiş muraqqanı da üzərinə su tökərək məhv etmişdir. Ola bilsin ki, o, ərinin öldürülməsini əmr edən və şahzadənin emalatxanasını ələ keçirən qardaşının əlinə heç nəyin düşməsini istəmirdi.

Gövhər Sultan ərinin öldürülməsindən cəmi 3 ay sonra vəfat etdi. Onun ya dərd çəkməkdən xəstəliyə düçar olub öldüyü, ya da zəhər içərək intihar etdiyi ehtimal edilir. Gövhər Sultanın Gövhərşah adında cəmi bir qızı olmuşdur. Anasının ölümündən sonra o, xalası Pərixan xanımın himayəsində qalmış, 1587-ci ildə Məkkəyə getmiş və orada Seyid İbrahim Şirazinin oğlu Əmir Nəsirəddin Hüseyn ilə ailə həyatı qurmuşdur.

Həmçinin bax

  • Zübeydə Bəyim Səfəvi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gövhər Sultan haqqında məlumat. Gövhər Sultan nədir? Gövhər Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 13, 2026

    Surinam

  • Fevral 27, 2026

    Abadan şəhristanı

  • Fevral 27, 2026

    Metida (peyk)

  • Fevral 27, 2026

    Xırmandalı (Masallı)

  • Fevral 24, 2026

    17 may

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst