Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaroslav Haşekin Cəsur Əsgər Şveyk kitabının karikaturaçısı kimi tanınır. Petr Urbanın təşkil etdiyi 2008-2009 Çexiya nəşrinə qədər bütün Şveyk nəşrlərində Lada

İosif Lada

  • Ana Səhifə
  • Vikipediya
  • İosif Lada

İosif Lada (d. 17 dekabr 1887 - ö. 14 dekabr 1957)- Çexiyalı rəssam, karikaturaçı və yazar.

İosif Lada
Josef Lada
Doğum tarixi 17 dekabr 1887
Doğum yeri Hrusike, Çexiya
Vəfat tarixi 14 noyabr 1957 (69 yaşında)
Vəfat yeri Praqa, Çexiya
Dəfn yeri
  • Olşanı qəbiristanlığı[d]
Vətəndaşlığı Çexiya Çexiya
Fəaliyyəti yazıçı, illüstrasiyaçı[d], uşaq ədəbiyyatı yazıçısı, rəssam, vizual incəsənət rəssamı, karikaturçu, səhnə dizayneri, kostyum dizayneri[d], cizgi film rəssamı[d]
Janr kubizm
İmza
joseflada.cz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Ladanın ev muzeyi

Yaroslav Haşekin Cəsur Əsgər Şveyk kitabının karikaturaçısı kimi tanınır. Petr Urbanın təşkil etdiyi 2008-2009 Çexiya nəşrinə qədər bütün Şveyk nəşrlərində Ladanın şəkillərindən istifadə edilirdi.

Yetkinlər üçün çəkdiyi rəsmlər qədər çap etdirdiyi uşaq kitabları və mənzərə şəkilləri də məşhurdur. Özü də 13 uşaq kitabı yazmışdır.

Mündəricat

Həyatı

1887-ci ildə Praqa yaxınlığında kiçik bir kənddə bir ayaqqabı tamirçisinin ailəsində anadan olmuşdur. İbtidai məktəbdən sonra rəsm işləri üzərində fəaliyyətinə başlamışdır. 14 yaşında Praqaya gedərək çap işləri ilə məşğul olmağa başladı. 6 aylıqkən keçirdiyi bir qəza səbəbiylə bir gözü görmürdü. Buna baxmayaraq çox böyük maraq duyduğu şəkil sahəsində özünü inkişaf etdirdi, qəzetlər üçün karikaturalar çəkdi.

1907-ci ildə anarxist bir qəzetin redaktoru olan Yaroslav Haşek ilə tanış oldu. 1913-cü ildə iki yoldaş bir müddət birlikdə işlədilər. Çap etdirdiyi ilk uşaq kitabı " Moje abeceda "nı 1911-ci ildə nümayiş etdirən Lada 1913-cü ildə Haşekin yazdığı bir uşaq kitabına karikaturalar çəkdi. Özünün yazıb çap etdirdiyi Kocour Mikes adlı uşaq kitabı onun ən məşhur əsərlərindən biri oldu və 30 dilə tərcümə edildi.

Birinci Dünya müharibəsindən sonra dostu Haşekin xahişi ilə Cəsur Əsgər Şveykin üz qapağına şəkillər çəkdi. Haşekin 1923-cü ildə ölümündən sonra da seriya davam etdirildi və Lada 1923-1925-ci illər arasında Şveyk seriyası üçün 500-ə qədər şəkil çəkdi.

1920-ci illərdə öz tərzini tapan Lada ənənəvi Çexiya həyatı ilə bağlı şəkil və şəkillər çəkdi. 400 rəsmi və 15000-ə qədər şəkili var. 130 yazıçının kitablarına karikaturalar çəkmişdir.

Lada kitab rəsmləri xaricində mənzərə şəkilləri çəkməyə başladı, şəkillərinin bir çoxu poçt markası olaraq çap edildi. Rəssam oyun və filmlər üçün də dekorasiyalar hazırlamağa başladı. Bedrix Smetananın Satılmış Dul operasının dekorasiyası hazırladığı dekorasiyalar içində ən məşhuru idi. Əsər 1937-ci ildə Amsterdamda Ladanın dekorasiyası ilə səhnəyə qoyuldu.

1923-cü ildə Hana Budějická ilə evlənən və iki qız uşağı olan rəssam 1928-ci il təvəllüdlü kiçik qızını İkinci Dünya müharibəsində Praqa bombalanması zamanı hələ 17 yaşında ikən itirir. Digər qızı Alena Lada isə atasının yolu ilə gedib rəssam və uşaq kitabı karikaturaçısı olmuşdur.

İosif Lada 14 dekabr 1957-ci ildə vəfat etdi.

Kəndindəki sökülən köhnə evinin yerinə Ladanın 1935-ci ildə inşa etdirdiyi villa 1986-ci ildən muzeyə çevrilmişdir.

İosif Ladanın adı 14 yanvar 1996-cı ildə kəşf edilən bir asteroidə verilmişdir.

Qalereya

  • Mikeş yol ilə gedərkən
    Mikeş yol ilə gedərkən
  • Şveykin restoran üzərində şəkli
    Şveykin restoran üzərində şəkli

Ədəbiyyat

  • Йозеф Лада. Книга о художнике — Л.: Искусство, 1971. — 152 с.
  • Novotný 1. A., Ladová ilustrace — Praha: 1957.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, i̇osif lada sözünün mənası, i̇osif lada haqqında məlumat. i̇osif lada nədir? i̇osif lada nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Salvia aethiopis

  • Fevral 23, 2026

    Dargin dili

  • Fevral 27, 2026

    Frayburq

  • Fevral 25, 2026

    Taxıl

  • Mart 01, 2026

    Elvin Əliyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst