Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikas

İntiqam Qasımzadə

  • Ana Səhifə
  • Vikipediya
  • İntiqam Qasımzadə

Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

İntiqam Qasımzadə
İntiqam Böyükağa oğlu Qasımzadə
Digər adı İntiqam Qasımov
Doğum tarixi 12 avqust 1943 (82 yaş)
Doğum yeri Şuşa, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti tənqidçi, tərcüməçi, redaktor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20032003"Humay" mükafatı — 2013

Mündəricat

Həyatı

İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilmişdir.

Mükafatları

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1984).

  • "Əməkdar incəsənət xadimi" — 27.01.2003

2013-cü ilin mayında Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə "Humay" milli mükafatına layiq görülmüşdür.

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Tərcümələri

(ruscadan)

  1. Kamil Yaşen. Darmadağın; General Rəhimov; Namus və məhəbbət. Bakı: Azərnəşr, 1979, 180 səh. (şərikli).
  2. Şandor Rado. Dora. Bakı: Azərnəşr, 1981, 360 səh.
  3. Vasil Bıkov. Kruqlyan körpüsü (povestlər). Bakı: Yazıçı, 1988, 328 səh.

Filmoqrafiya

  1. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — redaktor
  2. Bəstəkar Cahangir Cahangirov (film, 2013)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Daşkəsən (film, 1973)
  5. Dərvişin qeydləri (film, 2013)
  6. Ən vacib müsahibə (film, 1971)
  7. Fitnə (film, 1970)
  8. Həyat bizi sınayır (film, 1972)
  9. Xəzinə (film, 1970)
  10. Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016)
  11. Qatır Məmməd (film, 1974)
  12. Qozbeli qəbir düzəldərmi? (film, 1972)
  13. Nəsimi (film, 1973)
  14. Ömrün səhifələri (film, 1974)
  15. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  16. Rast. Niyazi (film, 2014) — senari müəllifi
  17. Skripkanın sərgüzəşti (film, 1972)
  18. Şərikli çörək (film, 1969)
  19. Təxəllüsü "Mixaylo" (film, 2008)
  20. Var olun, qızlar... (film, 1972)
  21. Yeddi oğul istərəm... (film, 1970)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İntiqam Qasımzadə haqqında məlumat. İntiqam Qasımzadə nədir? İntiqam Qasımzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    And pişiyi

  • Fevral 27, 2026

    Polkovnik-leytenant

  • Fevral 27, 2026

    Fernando Alonso

  • Fevral 26, 2026

    Atropatenlilər

  • Fevral 27, 2026

    Nikol Şerzinger

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst