Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biridir. Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tök

İnquri çayı

  • Ana Səhifə
  • Vikipediya
  • İnquri çayı

İnquri çayı - Cənubi Qafqazın ən böyük çaylarından biridir. Mənbəyini Böyük Qafqaz dağlarından götürür, Gürcüstan və Abxaziya sərhədində axır və Qara dənizə tökülür. Çayın uzunluğu təxminən 213 kilometr, hövzəsinin sahəsi isə 4.060 kvadratmetrdir.

İnquri çay
Егры
ენგური
Xəritə
Ölkə
  •  Gürcüstan
Mənbəyi Qafqaz
Mənsəbi Qara dəniz
Uzunluğu 213 km
Su sərfi 39,5 m³/san
Su sistemi Qara dəniz
Hövzəsinin sahəsi 4.060 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mənbəyi

Çay Böyük Qafqazda Gürcüstanın cənub yamacında, Şxara yaxınlığında, dəniz səviyyəsindən 2979 m. yüksəklikdə başlayır. Ağız yaxınlığında orta illik su axını 170 m³/s təşkil edir. Suvarma üçün su məhdud miqdarda istifadə olunur. İnquri çayının aşağı axını Gürcüstanla, Abxaziya arasında faktiki sərhəd rolunu oynayır. Bu bölgədəki siyasi vəziyyət səbəbi ilə çay həm coğrafi, həm də siyasi baxımdan əhəmiyyətlidir.

1970-ci illərdə çay üzərində İnquri Su Elektrik Stansiyası inşa edilmişdir. Bu stansiya Gürcüstanın elektrik enerjisi təminatında mühüm rol oynayır və regionun ən böyük hidroenerji mənbələrindən biridir. Abxaziya - Gürcüstan münaqişəsindən sonra həm Gürcüstan, həm də Abxaziya çay ətrafında qoşunlarını saxlayır. Yeganə qanuni keçid nöqtəsi 1944-cü ildən 1948-ci ilə qədər alman hərbi əsirləri tərəfindən tikilmiş 870 metr (2850 fut) uzunluğundakı Enguri körpüsüdür. Çay boyunca bir sıra qeyri-qanuni keçidlər də var. Çay Gürcüstanın enerji istehsalında mühüm rol oynayır.

İnfrastruktur

2008-ci ildən çayın aşağı axarları Abxaziya-Gürcüstan sərhəddi kimi xidmət edir. İnquri avtomobil körpüsü, nəqliyyat vasitələrinin sərhədi keçə biləcəyi, yeganə keçid məntəqəsi olan çayın üzərində yerləşir. Əvvəllər Şamqon dəmir yolu körpüsü də çaydan keçib, lakin 1992-1993-cü illərdə Gürcüstan - Abxaz müharibəsi zamanı dağıdılıb və bərpa olunmayıb. Daha sonra piyadaların istifadə etməsi üçün dəmir yolu körpüsünün dağıdılmış aşırımına taxta göyərtə düzülüb, lakin 2008-ci ildə körpüdə partlayış baş verib, bundan sonra körpüdən keçid üçün istifadə etmək mümkün olmayıb.

Ədəbiyyat

  • Brokhauz və Efronun ensiklopedik lüğəti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İnquri çayı haqqında məlumat. İnquri çayı nədir? İnquri çayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nəriman Əzimov

  • Fevral 26, 2026

    Hannover

  • Fevral 27, 2026

    Antiutopiya

  • Fevral 27, 2026

    Azadlıq heykəli

  • Fevral 27, 2026

    Estetçilik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst