Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şxara (qaraç.-balk. ушхара, gürc. შხარა — «Zolaqlı») — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində yerləşən dağ zirvəsi. Şxara Gürcüstanın ən yüksək zirvəsi, elə

Şxara dağı

  • Ana Səhifə
  • Vikipediya
  • Şxara dağı

Şxara (qaraç.-balk. ушхара, gürc. შხარა — «Zolaqlı») — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində yerləşən dağ zirvəsi. Şxara Gürcüstanın ən yüksək zirvəsi, eləcə də Qafqazın və Rusiyanın Elbrus və Dıxtaudan sonra üçüncü ən yüksək nöqtəsi hesab olunur. Dağın hündürlüyü - 5193,2 metrdir. İlk dəfə hündürlüyü 2010-cu ildə Piter Şon və Boris Avdeevım tərəfində ölçülüb. Bəzi mənbələrdə dağın hündürlüyü 5203 m göstərilir. Zirvə daxilində qərb zirvəsi — 5068,8 m (42°59′57″ N, 43°05′23″E) (yanılışlıqla bəzən onu əsas zirvə kimi göstərirlər) və şərq zirvəsi — 4866,5 м (43°00′12″ N, 43°07′39″E) müəyyən edilib. İlk dəfə zirvəni ingilis-isveç alpinistləri 1888-ci ildə fəth etmişlər. Zirvəyə səfər üçün ən əlverişli vaxt -iyun, iyul, avqust və sentyabr aylarıdır.

Şxara dağı
qaraç.-balk. Ушхара, gürc. შხარა
Şxara dağının Uşquli kəndindən görünüşü. Gürcüstan. (18 sentyabr 2007-ci il.)
Şxara dağının Uşquli kəndindən görünüşü. Gürcüstan. (18 sentyabr 2007-ci il.)
Ümumi məlumatlar
Dağ sistemi Baş Qafqaz silsiləsi
Mütləq hündürlüyü 5193,2
Nisbi hündürlüyü 1.357 m
İlk fəthi 1888 (U. ALmer, C. Kokin, K. Rot.)
Yerləşməsi
43°00′02″ şm. e. 43°06′44″ ş. u.HGYO
Ölkələr
  •  Gürcüstan
  •  Rusiya
Vilayət
  • Kabarda-Balkariya, Sameqrelo-Yuxarı Svaneti
Şxara dağı xəritədə
Şxara dağı
Şxara dağı
Şxara dağı xəritədə
Şxara dağı
Şxara dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şxaranın kosmosdan görünüşü.

Svaneti rayonu dağın cənubunda, şimalında isə Kabarda-Balkariyanın Bezenqi rayonu yerləşir. Rusiya və Gürcüstan sərhəddində yerləşən bu dağ Kutaisi şəhərindən 90 km şimalda yerləşir. Şxara dağı 13 km-lik Bezenqiy divarı adlı dağ silsiləsinin tərkibindədir.

Şxara dağı qranit və kristallik şistlərdən təşkil olunmuş. Dağ yamacları buzlaqlarla örtülüdür. Ən böyükləri şimal yamacında - Bezenqi, cənubda isə - Şxara və Xalde buzlağıdır. Bu buzlaqlardan əsasən İnquri çayı qidalanır. Şxara dağı alpinizm üçün əlverilşli məkandır. İlk dəfə sovet alpinistləri zirvəni 1933-cü ildə fəth etmişlər. Şxara çətinlik dərəcəsi yüksək olan dağlar sırasına aid edilir.

Şxara dağının cənub ətəyində, 2 200 metr hüdürlükdə Uşquli kəndi yerləşir. Uşquli Avropanın ikinci ən hündür dağ kəndidir. Kənd ərazisindən bir çox turist marşurutları keçir. Bu kənd UNESCO-nun Ümumdünya irsinə daxil edilmiş.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şxara dağı haqqında məlumat. Şxara dağı nədir? Şxara dağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sultan Cahangir

  • Fevral 25, 2026

    Qazax sultanlığı

  • Fevral 27, 2026

    Yuan

  • Fevral 27, 2026

    Varna döyüşü

  • Fevral 27, 2026

    Bursanın mühasirəsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst