Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Uzunluğu 83 km, hövzəsinin sahəsi 205 km²-dir. Başlanğıcını Murovdağ silsiləsinin şimal-şərq yamacından (2580 m) götürür. Axımı yeraltı (56%), qar (36%) və yağı

İncəçay

  • Ana Səhifə
  • Vikipediya
  • İncəçay

İncəçay — Kürün sağ qoludur. Ağdərə, Tərtər və Yevlax rayonları ərazisindən axır.

İncəçay
azərb. İncəçay‎
Xəritə
Ölkə  Azərbaycan
Rayonlar
  • Ağdərə rayonu
  • Tərtər rayonu
  • Yevlax rayonu
Mənbəyi Murovdağ
 • Yüksəkliyi 2580 m
Mənsəbi Kür
Uzunluğu 83 km
Su sərfi 1,52 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər dənizi
Hövzəsinin sahəsi 205 km²

Uzunluğu 83 km, hövzəsinin sahəsi 205 km²-dir. Başlanğıcını Murovdağ silsiləsinin şimal-şərq yamacından (2580 m) götürür. Axımı yeraltı (56%), qar (36%) və yağış (8%) sularından əmələ gəlir. Çayda yaz-yay fəsillərində müntəzəm olaraq qar, yağış suları daşqınlar əmələ gətirir. Daşqın martın axırlarında başlayır, iyulun əvvəlində isə qurtarır. Payız və qış aylarında çayın suyu xeyli azalır. Bu aylarda illik axım həcminin yalnız 10%-i keçir.

Çayın orta illik su sərfi 1,52 kub m/san-dir. Axımı-nın çox hissəsi yaz (50%) və yay (25%), az hissəsi isə payız (15%) və qış (10%) fəsillərində keçir. Axımının 20%-i intensiv suvarma dövründə (iyul-avqust aylarında) axıdılır. Orta illik lillənməsi 63 q/kub m, suyu hidrokarbonatlı-kalsiumlu olmaqla orta minerallaşması 150–250 mq/l-dir. İncəçayın üzərində SES qurulmuşdur.

Aşağı axımı isə suvarma işlərinə məsrəf olunur.

Digər İncəçay çayı — Araz çayının sol qoludur, Cəbrayıl rayonu ərazisindən axır. Uzunluğu 51 km, hövzəsinin sahəsi 351 kvadrat km-dir. Qarabağ silsiləsinin cənub qurtaracağından (1370 m) başlayır. Axımı yağış, yeraltı və cüzi miqdarda qar sularından əmələ gəlir. Aprel-may yağışları çayda daşqın əmələ gətirir. Yay aylarında suyu qurumaq dərəcəsinə çatır.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İncəçay haqqında məlumat. İncəçay nədir? İncəçay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xudafərin körpüsü

  • Fevral 27, 2026

    Ço Un-Hi

  • Fevral 27, 2026

    Azanfilm

  • Fevral 27, 2026

    Soltan Məmmədov

  • Fevral 25, 2026

    Verst

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst