Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə.

İncə dərəsi

  • Ana Səhifə
  • Vikipediya
  • İncə dərəsi

İncə dərəsi — Azərbaycan Respublikasının Qazax rayonunun qərbində, Gürcüstanla sərhəd hissəsində yerləşən vadi, dərə.

Dərə Aslanbəyli (Əli bayramlı), Qaymaqlı və Kəmərli kəndlərini əhatə edir. Ən böyük kəndi Aslanbəyli kəndidir. Bu 3 kəndin əhalisi etnoxronim kimi, İncəlilər adlandırılır.

İncə dərəsi Qazax rayonunun - tarixi bilən və haqqa qulluq göstərən hər kəsin etiraf etdiyi kimi mənəviyyatımızı, xüsusən, ədəbiyyatımızı qoruyan və indi də qorumağa can atan zəngin ənənələrə malik bu ulu bölgənin unikal bir elidi. Özünəməxsus təbiəti, yaşam tərzi olan, özü özunün içinə çəkilmiş bu məkandan olan böyük titullu xalq şairləri, yazıçı və publisistlər, məşhur aşıqlar vardır. Azərbaycan musiqi folklorunun nümunəsi olan "Qım-qıma" da incə dərəsiylə bağlıdır.

Mündəricat

Etimologiya

İncə dərəsinin adı qədim türk tayfası olan "İncu" tayfasının adından yaranmışdır.

Tarixi

Qədimdə burada İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır. Bunlardan ən qədimi "İncu" tayfasıdır.

İqlimi

İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Qışı quraq keçir.

Əhalisi

Əhalisi 9471 nəfərdir(2015). Aslanbəyli (4141) nəfər, Kəmərli (3151) nəfər, Qaymaqlı (2179) nəfər.

Tanınmış soyları

  • Seyidovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Hacı Mahmud Əfəndinin nəslindəndirlər. Qazax rayonunun Aslanbəyli kəndinə mənsub Şeyx nəsli və ziyalı nəsildir. Soyun 2 qolu var: Molla Seyid törəmələri və Hacı Mahmud Əfəndi törəmələri. Molla Seyidin törəmələri Azərbaycanda yaşayırlar və Molla Seyidlilər kimi tanınırlar. Bir çox ziyalıları, Müxtəlif sahələrdə nüfuz qazanmış nümayəndələri ilə tanınırlar. Hacı Mahmud Əfəndinin törəmələri isə əksəriyyəti Türkiyədə, digərləri isə Azərbaycanda yaşayırlar. Türkiyədə yaşayanların böyük qismi Amasya ilində və Amasya şəhərində yaşayırlar. Onların arasında Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatları, bir çox ziyalılar, İlahiyyat alimləri və müxtəlif sahələrdə nüfuz qazanmış şəxslərdə var. Bu nəsil siyasi xadimləri, Professor, Fəlsəfə doktoru, Elmlər namizədi elmi dərəcələrini almış bir çox ziyalı nümayəndələri, idmançı və pəhləvanları, igid və qəhrəman oğulları ilə tanınmışdır. Qaranilər soyunun davamçı nəsillərindən biridir. Qaranilər Osman Türk mənşəli Yəmən tayfalarından biridir (6-cı əsr). Qaranilər soyunun qədim kökü Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof olan Veysəl Qaraninin soyundan (Qaranilər) gəlir.
  • Qiyasbəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri. Qazax rayonunun Kəmərli kəndinə mənsub bəy nəsildir.

Kənd təsərrüfatı

Kənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq və üzümçülük təşkil edir.

Həmçinin bax

  • İncə dərəsi (film)
  • Aslanbəyli
  • Kəmərli
  • Qaymaqlı
  • İncəsu çayı
  • İncəlilər (Qazax)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İncə dərəsi haqqında məlumat. İncə dərəsi nədir? İncə dərəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sitroen

  • Fevral 27, 2026

    Sen-Sen-Deni

  • Fevral 27, 2026

    Mnemosina

  • Fevral 27, 2026

    Anas

  • Fevral 26, 2026

    Gicduvan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst