Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmereti diyarı (gürc. იმერეთის მხარე), Qərbi Gürcüstanda tarixi bölgə və Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Azərbayca

İmereti diyarı

  • Ana Səhifə
  • Vikipediya
  • İmereti diyarı

İmereti diyarı (gürc. იმერეთის მხარე), Qərbi Gürcüstanda tarixi bölgə və Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Azərbaycan mənbələrində Başaçıq adıyla tanınırdı. Ölkənin inzibati mərkəzi Kutaisi (Qutayıs) şəhəridir.

İmereti
იმერეთის მხარე

42°10′ şm. e. 42°59′ ş. u.HGYO


Ölkə
  •  Gürcüstan
İnzibati mərkəz Kutaisi
Tarixi və coğrafiyası
Yaradılıb 1995
Sahəsi
  • 6.516 km²
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 481.500 nəf. (2021)
Rəqəmsal identifikatorlar
ISO kodu GE-IM
Rəsmi sayt
İmereti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

İnzibati-ərazi bölgüsü

İmereti ölkəsi on iki bələdiyyəyə bölünür:

  • Kutaisi şəhəri
  • Bağdati bələdiyyəsi
  • Çiatura bələdiyyəsi
  • Xaraqauli bələdiyyəsi (Sovet vaxtında Orconikidze adıyla tanınırdı)
  • Xoni bələdiyyəsi
  • Saçxere bələdiyyəsi
  • Samtredia bələdiyyəsi
  • Tercola bələdiyyəsi
  • Tkibuli bələdiyyəsi
  • Tsxaltubo bələdiyyəsi
  • Vani bələdiyyəsi
  • Zestafoni bələdiyyəsi

Coğrafiyası

Rioni çayının hövzəsində yerləşən İmereti əsasən aqrar bölgədir. Burada çoxlu sayda ağ tut və üzüm yetişdirilir.

Tarixi

Bir qrup imeretili (1898-ci il)

Qədimdə İmereti laz Eqrisi (yunanca Lazika kimi tanınan) dövlətinin tərkibində olmuşdur. Eqrisi hökmdarı 524-cü ildə məsihiliyi dövlətin rəsmi dini elan etmişdir. Dini birlik dövləti getdikcə Gürcüstanla yaxınlaşdıraraq nəticədə X əsrin sonunda Eqrisinin Gürcüstan çarlığına qatılmağına səbəb olmuşdur. Teymurləngin ölkəyə basqını gürcü feodalların birliyinə ağır zədə vurmuşdur. Daxili münaqişə nəticəsində İmereti XV əsrdə Gürcüstandan ayrılaraq özünü paytaxtı Qutayısda olan müstəqil çarlıq elan etmişdir. Lakin çox keçmədən çarlıq bütün Cənubi Qafqaz kimi bölgəyə tamah salmış Osmanlılar və Səfəvilər arasında müharibəyə səbəb olmuşdur. 1555-ci il sazişinə əsasən İmereti Türkiyədən asılı elan edilmiş və ona böyük miqdarda xərac vermək məcburiyyətində qalmışdır. XVIII əsrdə İmereti çarı I Solomon II Yekaterinaya müraciət edib rus qoşunlarının köməyi ilə İmereti qalalarını türklədən azad etmişdir. Rus hakimiyyəti İmeretini Kiçik Qaynarca sülh müqaviləsinə əsasən 1774-cü ildə Türkiyəyə xərac vermək məcburiyyətindən qurtarmışdır. Nəhayət 1811-ci ildə İmereti çarlığı rəsmi olaraq Rusiya imperiyasının tərkibinə girmişdir.

Əhalisi

2014-cü ildə Gürcüstan əhalisinin rəsmi siyahıyaalmasına görə diyarın əhalisi 533.906 nəfər təşkil edib və bu göstəriciyə görə İmereti Gürcüstanda 1-ci yerdədir. Demək olar ki, tamamilə (99,3% və ya 530.288 nəf.) etnik gürcülərdən ibarətdir. Yerdə qalan təqribən on min nəfər ruslardan (0,25%), ermənilərdən (0,13%) və dövlət qayıdış proqramı çərçivəsində təzəlikcə bura köçmüş Axısqa türklərindən ibarətdir.

İmeretililər gürcü xalqının subetnik qrupu hesab edilirlər. Onlar gürcü dilinin xüsusi İmereti ləhcəsində danışırlar. Keçmişdə məişətlərində yerli özünəməxsus elementlər müşahidə olunurdu.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmereti diyarı haqqında məlumat. İmereti diyarı nədir? İmereti diyarı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Fransa inqilabı

  • Fevral 23, 2026

    3 aprel

  • Fevral 23, 2026

    Əhli-Sünnət

  • Fevral 10, 2026

    Üçüncü Reyx

  • Fevral 24, 2026

    Korinf bərzəxi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst