Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmdadiyyə dərnəyi — 1878-ci ildə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında yaradılmış məqsədləri maarifçilik və xeyriyyəçilik olan dərnək. Dərnəyi H

İmdadiyyə dərnəyi

  • Ana Səhifə
  • Vikipediya
  • İmdadiyyə dərnəyi

İmdadiyyə dərnəyi — 1878-ci ildə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında yaradılmış məqsədləri maarifçilik və xeyriyyəçilik olan dərnək. Dərnəyi Həsən bəy Zərdabinin təşəbbüsü ilə o illərdə akademiyada təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani yaradıblar.

İmdadiyyə dərnəyi
Növü xeyriyyə, maarif
Yaranma tarixi 1878
Rəsmi dili Azərbaycan dili
Mərkəzi
  • Moskva
  • Bakı
Sədr Həsən bəy Zərdabi
Üzvləri Həsən bəy Zərdabi
Nəcəf bəy Vəzirov
Əsgər ağa Gorani
Əbülfət ağa Şahtaxtinski
Məmmədtağı Əliyev

Haqqında

1878-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə Moskvada yerləşən Petrovski-Razumovski Akademiyasında təhsil alan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani İmdadiyyə dərnəyini yaradıblar. Məqsədləri Həsən bəy Zərdabinin rəhbərliyi altında təhsil üçün Rusiyanın qabaqcıl məktəblərinə, o cümlədən, Petrovski-Razumovski Akademiyasına üz tutan gənclərə yardım göstərmək və maarifçilik olub. Dərnəyi yaratdıqdan sonra onun üzvləri, Həsən bəy Zərdabini özlərinə rəhbər seçiblər.

Dərnək bir qədər fəaliyyət göstərdikdən sonra təsisçiləri olan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani və onlarala əlaqədə olan Əbülfət ağa Şaxtaxtinski Çar Rusiyasında gizli polisin nəzarəti altına düşüblər.

Sonrakı illərdə dərnək haqqında heç bir məlumata rast gəlinmir. İllər sonra 1963-cü il avqustun 17-də çıxan "Bakinskiy raboçi" qəzetində dərnək haqqında tarixçi, filosof Ziyəddin Göyüşov məlumat verib. Moskva Mərkəzi Dövlət Arxivində tədqiqat aparan alim, orada dərnəyə aid məxfi məlumatları və məktubları araşdırıb. Arxivdə tapdığı məktubda dərnəyin üzvü Əbülfət ağa Şahtaxtinski Nəcəf bəy Vəzirova bunları yazıb:

" Bizim məqsədimiz zülmü kökündən kəsmək üçün çoxlu mübariz əllər hazırlamaqdır. Biz ziyalı qüvvəsiyik, silahımız birlikdir. Biz cəhalət, nadanlıq, avamlıq əleyhinə mübarizə aparmalıyıq. Biz Şərq dünyası ilə Qərb dünyasını bir-birindən ayıran pərdəni qoparmaq istəyirik. Biz maarif günəşini və onun şüalarını öz tərəfimizə çevirməyə səy edərik ki, onun həyat bəxş edən hərarəti ilə isinib yaşayaq, donmayaq. Biz istibdadı atıb, proqressiv həyatda yaşamağa səy etməliyik. Biz ancaq onda öz qabiliyyətimizi başa düşə bilərik. Biz silah və imkan axtarırıqsa, demək - biz zəhmətkeş əlləri, qüvvənin özünü tərbiyələndirib yetişdirməliyik. "

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmdadiyyə dərnəyi haqqında məlumat. İmdadiyyə dərnəyi nədir? İmdadiyyə dərnəyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xurşudbanu Natəvan

  • Fevral 27, 2026

    Aleksey Kosıgin

  • Fevral 27, 2026

    Mərivan

  • Fevral 27, 2026

    Piter Parker

  • Fevral 27, 2026

    Qalışlar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst