Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəze

İlqar İbrahimoğlu

  • Ana Səhifə
  • Vikipediya
  • İlqar İbrahimoğlu

İlqar İbrahimoğlu — "Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi"nin (DEVAMM) sədri, İçərişəhər "Cümə" məscdinin imam-camaatı, həftəlik "Dəyərlər" qəzetinin və Dəyərlər AIN (Azerbaijan Islam News) portalının sabiq baş redaktoru.

İlqar İbrahimoğlu
İlqar İbrahim oğlu Allahverdiyev
Doğum tarixi 5 noyabr 1973 (52 yaş)
Doğum yeri Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Din xadimi

İbrahimoğlu ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən "Strateji Araşdırmalar Mərkəzi"nin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.

Mündəricat

Həyatı

İlqar İbrahim oğlu Allahverdiyev 5 noyabr 1973-cü ildə dünyaya gəlmişdir. Gənclik illərində "Nə? Harada? Nə vaxt?" komandasının kapitanı olmuşdur. Uşaq çağlarından Azərbaycanın əməkdar məşqçisi Oleq İsaakoviç Privorotskinin rəhbərliyi altında şahmatla məşğul olmuşdur. Birinci dərəcəli şahmat ustasıdır.

Fəaliyyəti

İqtisadiyyat, fəlsəfə və ilahiyyat üzrə ali təhsil almışdır. "İslam və Qərb fəlsəfələrinin inteqrasiyası" mövzusunda elmi dissertasiya müdafiə etmişdir. Varşavada yerləşən İnsan Haqları üzrə Beynəlxalq Məktəbin məzunudur. Bununla yanaşı, "Narkomaniya və alkoqolizm üzrə beynəlxalq ekspert" sertifikatına malikdir. "Əsma-ül-Hüsna" (irsi qan xəstəlikli uşaqlara qayğı üzrə ixtisaslaşan), "Yetimsiz Vətən" (valideyn himayəsindən məhrum olmuş uşaqların psixoloji reabilitasiyası və cəmiyyətə inteqrasiyası üzrə ixtisaslaşan) proqramlarının koordinatoru, "Hikmət evi" disput mərkəzinin və "İslam maarifi" proqramının elmi rəhbəridir. Həmçinin tolerantlığın, dözümlülüyün, mədəni inteqrasiyanın inkişafına yönəli "Mədəniyyətlərin dialoqu" proqramına rəhbərlik edir. Teologiya, postmodern fəlsəfə və insan haqlarının fəlsəfəsi kimi sahələrdə interdistiplinar tədqiqatlar aparır. Eyni zamanda, neyrolinqvistikanın şəxsiyyətlərarası ünsiyyətlərdə və paradiqmal təmasda rolu və yeri barədə araşdırmalarla məşğul olur. Göstərilmiş tədqiqatlar çərçivəsində Avstriyaya, Polşaya, ABŞ-yə, Almaniyaya, Türkiyəyə, İrana, Yunanıstana, Rusiyaya, Ukraynaya, İordaniyaya, İsveçrəyə, Fransaya, İtaliyaya səfərlər etmişdir.

İlqar İbrahimoglu ABŞ-ın məşhur Corctaun (Georgetown) Universiteti və İordaniyanın Strateji İslam Elmləri Mərkəzi tərəfindən hər il müəyyən olunan Dünyanın ən nüfuzlu 500 müsəlmanı siyahısında dörd dəfə yer alıb.

Şəxsi həyatı

Bir neçə xarici dil bilir. Asudə vaxtlarını ekzistensional mövzularda ədəbiyyatın mütaliəsinə, futbol və voleybol oynamağa sərf edir. Evlidir, üç övladı var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlqar İbrahimoğlu haqqında məlumat. İlqar İbrahimoğlu nədir? İlqar İbrahimoğlu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toxluca

  • Fevral 27, 2026

    Spid-metal

  • Fevral 27, 2026

    Padan ovalığı

  • Fevral 27, 2026

    DC Comics

  • Fevral 27, 2026

    Soltan Hacıbəyov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst