İlqar Əliməmməd oğlu Muradov (9 noyabr 1957, Naxçıvan) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Xalq artisti (2019).
| İlqar Muradov | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 9 noyabr 1957 (68 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni |
| Mükafatları | |
Həyatı
İlqar Muradov 1957-ci ildə Naxçıvanda dünyaya gəlib. 1988-ci ildə Naxçıvan Pedaqoji İnstitutunu bitirmişdir. 1982-ci ildən 1995-ci ilədək pianoçu-bəstəkar Rafiq Babayevin rəhbərlik etdiyi studiyada işləmişdir. Bəstəkar-pianoçu Siyavuş Kərimi ilə Norveç layihəsində iştirak etmiş, Norveçdə "Skruk" xoru ilə azərbaycan xalq mahnılarından ibarət kompakt-disk yazdırmışdır. O, həm muğamat, təsnif, el mahnılarının, eləcə də dünya xalqlarının, müasir bəstəkarların əsərlərinin gözəl ifaçısıdır.
İncəsənət Mərkəzində səsyazma studiyasının rəhbəridir. 2017-ci ildə Heydər Əliyev Sarayında "Ötüşür zaman" adlı solo konserti keçirilib.
İlqar Muradov 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Albomlar
- 2003 — Qurban adına
- 2008 — Bir ömrün nəğməsi
- 2011 — Yavaş-yavaş
Sinqllar
- 2020 — Gözün aydın, Azərbaycan!
- 2020 — Şəhidlər (Günay İbrahimli ilə)
- 2021 — Mən gedirəm
- 2021 — Şəhid bacısı
- 2021 — Bəsimdir
- 2022 — Sən olmuşdum
Kliplər
| Say | Klip | Tarix |
|---|---|---|
| 01 | İncimə | |
| 02 | Sadəcə Çox Sevdim Səni | |
| 03 | Bu Dünyanı Nağıl Bilək | 2003 |
| 04 | Xatirə (duet Aygün Kazımova) | 2004 |
| 05 | Bir Arzu Var | |
| 06 | Peşman Olarsan | 2014 |
| 07 | Zemfirama Anar | 2017 |
Filmoqrafiya
- Son döyüş (film, 1996)
- Həsən Əbluc (film, 1999)
- Yeni həyat (2005)
- Bəylik dərsi (film, 2007)
- Xeyirlə şərin rəqsi (film, 2015)
Mükafatları
- "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 16 sentyabr 2006
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 may 2019
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlqar Muradov haqqında məlumat. İlqar Muradov nədir? İlqar Muradov nə deməkdir?