Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İllig xaqan (𐰃𐰞𐰞𐰃𐰏𐰴𐰍𐰣) — Şərqi Göytürk xaqanlığının son müstəqil xaqanı. Yami xaqanın kiçik oğu idi. Anası isə Tuyuhun xalqından Poşi (婆施) idi. Əsl adı Topi idi

İllig xaqan

  • Ana Səhifə
  • Vikipediya
  • İllig xaqan

İllig xaqan (𐰃𐰞𐰞𐰃𐰏𐰴𐰍𐰣) — Şərqi Göytürk xaqanlığının son müstəqil xaqanı. Yami xaqanın kiçik oğu idi. Anası isə Tuyuhun xalqından Poşi (婆施) idi. Əsl adı Topi idi. Atasının dövründə Külüg Tarxan (胡祿達官) tərbiyəsinə verilmiş, Bağa Çor şad titulu almışdı.

İllig xaqan
頡利可汗
Şərqi Göytürk xaqanlığının IV xaqanı
620 – 630
ƏvvəlkiÇula xaqan
SonrakıKilibi xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi 634
Vəfat yeri Taypu
Vəfat səbəbi Xəstəlik
Dəfn yeri Ba çayının şərqində
Fəaliyyəti hərbi qulluqçu
Atası Yami xaqan
Anası Poşi
Həyat yoldaşı Şahzadə Yiçenq
Uşağı Yükük şad
Dini Tenqriçilik

Mündəricat

İlk dövrləri

620-ci ildə, qardaşı Çula xaqanın ölümündən sonra taxta çıxmışdı. İlk işi Tan sülaləsinə hücum etmək oldu. Qardaşıoğlu Yuşe şada 10.000 əsgər verib Linçjounu mühasirəyə göndərmişdi. Həmçinin Şibi xaqanın oğlu Tolis xana şərq torpaqlarını verərək özünə müttəfiq yaratdı.

621-624 müharibəsi

621-622ci illərdə Yanmeni mühasirəyə almış və yağmaları artırmışdı. İmperatorun sülh təklifinə isə məhəl qoymurdu. Uzun sürən qırğınlardan sonra 624-cü ildə sülh bağlanmışdı. Tan sülaləsi isə yeni bir döyüşə hazırlaşırdı.

625-626 müharibəsi

Xaqan 625-ci ildə yenidən Şanhsiyə hücuma keçdi. Lakin çox keçmədən Li Şimin sayəsində yenidən sülh bağlandı. 3000 at, 10000 qoyun qarşılığında türk əsirlər geriyə qaytarıldı.

Son dövrləri

627-ci ildə xaqanlıq ən zəif dövrünə qədəm qoydu. Seyanto xanlığının İncu xan başçılığı ilə üsyanı onu Tan sülaləsi qarşısında köməksiz qoydu. 628-ci ildə Tolis xan və kidan ordusu üsyana qalxdı. Çinlilər Tolisə dəstək olurdu. Xaqan buna görə də anası Poşinin xalqı olan Tuyuhunlara sığınmağa cəhd etdi. Xaqan 630-cu ildə imperatorun əmisioğlu Li Daoçonq və köməkçisi Çenq Paohsianq (張寶相) tərəfindən həbs edildi. 29 mart 630-cu ildə paytaxt Çanqana gətirildi.

Hakimiyyətdən sonra

Onun hakimiyyətinin sonu elə Şərqi Göytürk xaqanlığının da bir müstəqil dövlət kimi sonunu gətirdi. Bundan sonra Jimi sistemi altında muxtar vilayət sisteminə bənzər bir sistemlə xaqanlar hakimiyyətə gəlməyə başladı. Xaqan 632-ci ildən sonra Kuo prefekturasının hərbi qubernatoru təyin olundu. Daha sonra isə ona "Saray Mühafizlərinin Sağ Alay Sərkərdəsi" (右衛大將軍) titulu verilmişdi. Taypada çadırda yaşamağa başlamışdı. Sürətlə arıqlayır və ruhdan düşürdü. 4 il sonra vəfat etdi və bədəni yandırıldı. Külü Ba çayının şərq sahilində dəfn edildi. Məzarı tapılmamışdır.

Ailəsi

Qardaşlarının keçmiş xatunu şahzadə Yiçenqlə evlənmişdir. Oğulları:

  • Tiluçi (疊羅支) — 630-cu ildə Çinə əsir düşmüşdür. Çin mənbələrinə görə o "düzgün xarakterli və vəfalı" biri idi. Aqibəti haqda məlumat yoxdur.
  • Yükük şad — 627-ci ildən öncə Bügüt, Uyğur və Tonqra tayfalarını idarə edirdi.
  • Aşina Poluomen (610 - 651) — Saray Mühafizlərinin Tun Alayının bir zabiti idi.
  • Aşina Tigin — Aşina Qandenin babası idi.
  • İl Etmiş bəy - İltəriş xaqanın atası olduğu güman edilir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İllig xaqan haqqında məlumat. İllig xaqan nədir? İllig xaqan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fly-by-wire

  • Fevral 27, 2026

    Abaziniya

  • Fevral 27, 2026

    İbn Hişam

  • Fevral 10, 2026

    Balkan yarımadası

  • Fevral 27, 2026

    Lokkerbi faciəsi

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst