Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbu Məhəmməd Əbdülməlik ibn Hişam ibn Əyyub əl-Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ‎‎ ابن أيوب الحميري‎), əl-Məafiri əl-Bəsri əl-Misri və ya İbn Hişam (ə

İbn Hişam

  • Ana Səhifə
  • Vikipediya
  • İbn Hişam

Əbu Məhəmməd Əbdülməlik ibn Hişam ibn Əyyub əl-Himyari (ərəb. أبو محمد عبدالمالك ابن هشام ‎‎ ابن أيوب الحميري‎), əl-Məafiri əl-Bəsri əl-Misri və ya İbn Hişam (ərəb. ابن هشام‎) — VIII–IX əsr ərəb tarixçi, dilçi və ənsab alimi. VIII əsr islam alimi İbn İshaqın Məhəmmədin bioqrafiyası haqqındakı "Sirət Məhəmməd Rəsulillah" (ərəb. سيرة محمد رسول الله‎) əsərinin şərhçisi olaraq tanınır.

İbn Hişam
ərəb. ابن هشام‎
Doğum tarixi VIII əsr
Doğum yeri
  • Bəsrə, Bəsrə mühafəzəsi, İraq
Vəfat tarixi 828(0828)
Vəfat yeri
  • Misir
Elm sahələri tarix, Siyər

Mündəricat

Həyatı

Alimin doğum tarixi bəlli deyil, əs–Süheyliyə görə İbn Hişamın əsas yaşadığı yer Misir olsa da onun ailəsi əslən Bəsrə şəhərindən olmuşdur. İbn Xəllikan müəllifi olduğu "Vafəyət əl-Ayən və-ənba əbna əz-zəmən" əsərində qeyd edir ki, əndəluslu (Malaqada anadan olmuş) islam alimi Əbül Qasım əs–Süheyliyə (d. 1114–1115 — ö. 22 noyabr 1185) görə İbn Hişam hicri 213–cü (miladi 828–829–cu) ildə, Misir tarixçisi Əbu Səid Əbd ər–Rəhman İbn Yunusa (ö. 14 sentyabr 958–ci il) görə isə hicri tarixlə 218–ci ilin rəbiülaxır ayının 13–ündə (miladi 833–cü ilin may ayının 8–ində) qədim Qahirədə vəfat etmişdir.

Əsərləri

  1. əs-Sirətun-Nəbəviyyə (ərəb. السيرة النبوية‎). Bu əsər 2012-ci ildə Şahin Yəhyayev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. İbn Hişamın sirəsi adı ilə tanınan bu kitab, mədinəli Məhəmməd ibn İshaqın qələmə aldığı tarix kitabıdır ki, sonralar Əbdülməlik ibn Hişam onun üzərində işləmiş, müəyyən ixtisarlar və əlavələr etmişdir. İbn Hişamın özü də kitabın müqəddiməsində qeyd edir ki, o, sadəcə Məhəmməd peyğəmbər və onun əcdadları ilə əlaqəsi olmayan bir sıra mətləbləri ixtisar etmiş, qalan hissələri isə olduğu kimi saxlamışdır. Həmçinin, bir çox məqamlarda İbn İshaqın rəvayət etdiyi mətləblərdən sonra özü də şərhlər qeyd etmiş, müəyyən bir fikri isbat və ya rədd etməyə çalışmışdır.
  2. Kitabüt-Tican fi müluki Himyər və ya digər adı ilə "ət-Tican li-mərifəti mülükiz-zaman fi əhbari Kahtən" (ərəb. ‏كتاب التيجان لمعرفة ملوك الزمان في أخبار قحطان‎).

Qeydlər

  1. Qahirə şəhəri 969–cu ildə Fustat şəhərinin şimalında müstəqil şəhər kimi salınmışdı. İbn Hişamın yaşadığı Abbasilər xilafəti zamanı Misirin paytaxtı (750–868–ci illərdə) əl-Askar şəhəri idi. Hazırda bu şəhər Qəhirə şəhəri tərfindən udulmuşdur və qədim Qahirənin bir hissəsini təşkil edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İbn Hişam haqqında məlumat. İbn Hişam nədir? İbn Hişam nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Yopal

  • Fevral 24, 2026

    Soyuq silah

  • Fevral 23, 2026

    Dəvə

  • Fevral 27, 2026

    Daş Zirə

  • Fevral 27, 2026

    Foreşok

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst