Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin ürəyində Xunşan, deyilənə görə, Bodisatva Qu

Potala sarayı

  • Ana Səhifə
  • Vikipediya
  • Potala sarayı

Potala sarayı — Çinin və Tibetin dünya əhəmiyyətli abidələrindən biri.

Mündəricat

Tarixi

Potala sarayı

Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin ürəyində Xunşan, deyilənə görə, Bodisatva Quaninin həyat sürdüyü Putoşan dağından ayrılmazdır. Rəvayətə görə Potal sarayını Tufan çarı Srontszanqambo öz gələcək həyat yoldaşı – Tan şahzadəsi Vençen üçün 7-ci əsrdə tikdirmişdir. Xunşan dağının yamacı boyu ətəkdən zirvəyə qədər uzanaraq o, Tibet memarlığının 1000 tikilisini özündə birləşdirir. Tufan sülaləsinin süqutundan sonra hərbi hücumlar nəticəsində sarayın əksər zalları dağıdılmışdır, onların bərpasına 1645-ci ildə, Tsin hökumətinin dalay-lamanı Tibetin Beşinci hökmdarı təyin etməsindən sonra başlanmışdır. Onun xələfləri Potal sarayının genişləndirilməsi işlərini davam etdirmişlər və o, bizim günlərə gəlib çatan şəklini almışdır. Potal sarayı iki hissəyə bölünür – Poçjanqabo və Poçjanmabo. Şərqdə Poçjanqabo dalay-lamanın iqamətgahı rolunu oynayır, mərkəzdə Poçjanmabo buddist zallarını və matəm paqoda-həvənglərini özündə birləşdirir. Qərbdəki ağ evlərdə monaxlar və qulluqçular yaşayır. Poçjanmabonun qarşısında bayram günlərində Buddanın təsvirini nümayiş etdirmək üçün yer salınmışdır. Potal sarayının əsas binası 13 mərtəbədən ibarətdir. Potal sarayı – Tibet buddizminin müqəddəs yeridir, hər il buranı çoxlu sayda zəvvarlar və turistlər ziyarət edir. Potala qalxma adətən dağın ətəyindəki ağardılmış daş plitədən başlayır. Dolambac daş yollarla dörd aloxanın təsviri olan şərq qapılarına çatmaq və 4 metrlik saray divarından əzəmətli pavilyona düşmək mümkündür. Dağın ortası 1600 kv. m sahəsi olan nəhəng terras nəzərə açılır, burada dalay-lama möminlərə xitab edirdi. Buradan dəhlizlə Poçjanmaboda ən böyk pavilyon olan Tsotsinsyaya qalxırsan. Tarixi yazılara görə, 1653-cü ildən başlayaraq Tsin imperatoru Şunçjinin qızıl etimadnamə və möhürlə Beşinci dalay-lamaya təşrif buyurduğu və mərkəzi hökumətin onu müqəddəslər dərəcəsinə yüksəldilməsini təsdiq etdiyi zamandan bəri burada təntənəli dini mərasimlər keçirilir. Poçjanmabonun əsas tikilisi 8 sərdabəni – matəm paqoda-həvəngini yaradır. Onlardan ən irisi və cah-cəlallısı Beşinci dalay-lamanın paqodasıdır. O, 3721 kiloqramlıq lay qızılla döşənmiş və qiymətli daşlarla naxışlanmışdır. Poçjanmabonun ən iri pavilyonunda Tsin imperatoru Tsyanlunun imzası ilə xatirə lövhəsi və Tsin imperatoru Kansi tərəfindən hədiyyə olunan çox yaraşıqlı pərdələr təqdim olunmuşdur. Rəvayətə görə, bu pərdələri hazırlamaq üçün imperator Kansi xüsusi emalatxana yaratmağı əmr etmişdi və onların tikilməsinə bütöv il sərf olunmuşdur. Buradan koridorla sarayın ən qədim hissəsinə - Snoqyal pavilyonuna düşmək mümkündür, burada çar Srontszanqambonun, şahzadə Vençenin və əyanların heykəlləri saxlanır. Ən hündür pavilyon olan Sasronlantszedə Tsin imperatoru Tsyanlunun təsvirinə və xatirə lövhələrinə qurbanlar kəsilirdi. Beşinci dalay-lamanın ölümündən sonra Tibet təqvimi ilə yeni il günlərində onun xələfləri qurban kəsirdilər. Mərmər divarlar, qızıl damlar, yaraşıqlı karnizlər öz zərli bəzəkləri ilə birlikdə Potal sarayını təsviredilməz dərəcədə əzəmətli və möhtəşəm edir. Oradakı rəngbərəng divar naxışları Buddaların və loxanların təsvirini verir, Beşinci dalay-lamanın həyat və fəaliyyətini, Tan şahzadəsi Vençenin Tibetdə təntənəli nitqini gerçək əks etdirir, Tibet buddizminin, qədim Tibet mədəniyyətinin inkişafını təsvir edir. Potal sarayının qədim memarlıq ahəngi – xalqın ağıl və bacarığının məhsulu, tibetlilər və xanlılar arasında mədəni əlaqələrin sübutu və Tibetin sarsılmaz simvoludur.

Qalareya

  • Qar aslanlar
    Qar aslanlar
  • Yuxarı terrasda
    Yuxarı terrasda
  • Potala və ətraf şəhər
    Potala və ətraf şəhər
  • Potalanın arxasındakı su hövzəsi)
    Potalanın arxasındakı su hövzəsi)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Potala sarayı haqqında məlumat. Potala sarayı nədir? Potala sarayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İmpuls

  • Fevral 27, 2026

    Bayburd

  • Fevral 27, 2026

    Vəsiyyətnamə

  • Mart 01, 2026

    Peter Şmeyxel

  • Fevral 27, 2026

    Nikomediya

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst