Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İlham Əsgərov (tam adı: İlham Təvəkkül oğlu Əsgərov; d. 16 iyul 1958, Masallı, Azərbaycan SSR, - ö. 6 sentyabr 2015, Bakı, Azərbaycan) — azərbaycanlı aktyor, ro

İlham Əsgərov

  • Ana Səhifə
  • Vikipediya
  • İlham Əsgərov

İlham Əsgərov (tam adı: İlham Təvəkkül oğlu Əsgərov; d. 16 iyul 1958, Masallı, Azərbaycan SSR, - ö. 6 sentyabr 2015, Bakı, Azərbaycan) — azərbaycanlı aktyor, rolların məharətli ifaçısı; Azərbaycan Respublikasının xalq artisti.

İlham Əsgərov
İlham Təvəkkül oğlu Əsgərov
Doğum adı İlham Təvəkkül oğlu Əsgərov
Doğum tarixi 16 iyul 1958
Doğum yeri Xoşçobanlı, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 6 sentyabr 2015 (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi infarkt
Dəfn yeri Xoşçobanlı, Masallı rayonu
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Yeganə Əsgərova
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1983-2015
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 20062006"Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20002000
IMDb ID2956908

Mündəricat

Həyatı

İlham Əsgərov 16 iyul 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirmişdir. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.

6 sentyabr 2015-ci ildə Bakıda vəfat etmişdir. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.

İlham Əsgərov Kərbala ziyarətində olmuşdur.

Mükafatları

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

  • Cəfər Cabbarlı mükafatı (2010)

Rolları

  • Mirzə İbrahimov "Közərən ocaqlar" Əli,
  • Hüseyn Cavid "İblis" Ərəb,
  • Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir,
  • Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir,
  • Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay,
  • Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir,
  • İlyas Əfəndiyev "Büllur sarayda" Həbib,
  • İlyas Əfəndiyev "Mahnı dağlarda qaldı" Nicat,
  • İlyas Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı" Anaşkin,
  • İlyas Əfəndiyev "Tənha iydə ağacı" Doktor Altay,
  • İlyas Əfəndiyev "Hökmdar və qızı" Məhəmməd xan,
  • Vilyam Şekspir "Kral Lir" Fransa kralı,
  • Hidayət Orucov "Bu dünyanın adamları" Nemət Səmədzadə,
  • Süleyman Sani Axundov "Eşq və intiqam" Piri baba,
  • İlyas Əfəndiyev "Qarabağnamə" İbrahim xan,
  • Mirmehdi Seyidzadə "Füzuli və Əsmər" Həbibi,
  • Əli Əmirli "Mesenat" N.Nərimanov,
  • Süleyman Sani Axundov "Qaraca qız" Piri baba,
  • Həsən Həsənov "Qürbətdən gələn məktublar" Mirzə Fətəli Axundzadə.

Azərbaycan Dövlət Televiziyasında

  • Vilyam Şekspirin "İki veronalı" (Valentin)
  • İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),
  • Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),
  • Mar Bayciyevin "Ər və arvad" (Əziz),
  • Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,
  • Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)

Filmoqrafiya

  1. Afaqın məhəbbəti (film)
  2. Anlamaq istəyirəm (film, 1980)(ikiseriyalı bədii film)-dublyaj: Həsən (Həsənağa Turabov)
  3. Aşıq Məhəmməd Sadaxlı (film, 2003)
  4. Bitməyən ömür (film, 2013)
  5. Biz qayıdacağıq (film, 2007) - rol: Müəllim
  6. Biz qayıdacağıq (veriliş, 2007) (II)
  7. Böyük ömrün anları (film, 2006)
  8. Böyük ömrün davamı (film, 2007)
  9. Cavad xan (film, 2009) - film səsləndirən: Mirzə (Rafiq Əzimov)
  10. Cavid ömrü (film, 2007) - rol: Keykavus
  11. Doğma sahillər (film, 1989) - rol: Zabit
  12. Dönüş (film, 1999)
  13. Düma ömrünün qırx günü (film, 2002)
  14. Ər və Arvad (Əziz)
  15. Fatehlərin divanı
  16. Fədakar (film, 2015)
  17. Güllələnmiş heykəllər (film, 2002)
  18. Günahsız Abdulla (film, 1984)
  19. Həsrətli gözlərin rəsmi (film, 2003)
  20. Xilaskar. I film (film, 2003)
  21. Xilaskar. II film (film, 2003)
  22. Xilaskar. III Film (film)
  23. Xüsusi vəziyyət (film, 1986)
  24. İki Veronalı (Valentin)
  25. Kimdir Haqlı? Fikrət
  26. Qanun naminə (serial, 2013)-rol: Yunus Vəliyev
  27. Qara "Volqa" (film, 1994) - film səsləndirən: Vəzifəli şəxs (Faiq Əliyev)
  28. Qəmbər Hüseynli (film, 2007)
  29. Qəzəlxan (film, 1991)
  30. Məhəbbət oratoriyası (film, 2003)
  31. Mən sənin dayınam (film, 2001)
  32. Mətbuat fədaisi (film, 2007)
  33. Tərsinə çevrilən dünya (film, 2011)
  34. Sabaha inamla. I film (film, 2001)
  35. Sabaha inamla. II film (film, 2001)
  36. Sabaha inamla. III film (film, 2002)
  37. Sarıköynəklə Valehin nağılı (film, 1980)
  38. Səndən xəbərsiz (film, 1985)
  39. Sübhün səfiri (film, 2012) - rol: Şeyx-ül-islam
  40. Şair haqqında ballada. Tofiq Bayram (film, 2005)
  41. Yük (film, 1995) - film səsləndirən: Hacı Zeynalabdin Tağıyev (Ağakişi Kazımov)
  42. Zirvəyə doğru (film, 2007)
  43. Ailə (film) - film səsləndirən: İsmayıl (Həsən Turabov)
  44. İnanmırsansa... (film-tamaşa,1984) — rol: Nüsrət

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İlham Əsgərov haqqında məlumat. İlham Əsgərov nədir? İlham Əsgərov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Elektroforez

  • Fevral 27, 2026

    Kolçak hökuməti

  • Fevral 27, 2026

    E.ə. 510

  • Fevral 27, 2026

    Vurğu

  • Fevral 27, 2026

    Kalmarsund boğazı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst